Bisera Turkoviç: Qarabağın döyüş meydanından inkişaf bölgəsinə çevrilməsi çox sevindiricidir
MÜSAHİBƏLƏR

Bisera Turkoviç: Qarabağın döyüş meydanından inkişaf bölgəsinə çevrilməsi çox sevindiricidir

Qarabağın döyüş meydanından inkişaf bölgəsinə çevrilməsi çox sevindiricidir. Bosniya və Herseqovina Azərbaycanın ərazi bütövlüyünə dair qətnamə qəbul edib. Azərbaycan da Bosniya və Herseqovinanın suverenliyini tanıyır.

AZƏRTAC xəbər verir ki, bunu Bosniya və Herseqovina Nazirlər Şurası sədrinin müavini və xarici işlər naziri Bisera Turkoviç Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla keçirilən görüşdən sonra təşkil olunan brifinqdə söyləyib.

Bosniya və Herseqovina rəhbərliyinin Azərbaycanda səfirliyin açılması ilə bağlı qərar verdiyini deyən nazir bunun ölkə vətəndaşlarının Azərbaycana turist kimi səfər etmələri üçün yaxşı imkan yaradacağını deyib.

COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycanın ölkəsinə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirən bosniyalı nazir qeyd edib ki, Bosniya və Herseqovinada investisiya üçün çox gözəl imkanlar var.

AZƏRTAC