Biz bir millət, iki dövlətik
Türk dünyası

Biz bir millət, iki dövlətik

Bu ilin fevral ayında qardaş ölkədə baş verən zəlzələlərin fəsadları hələ özünü göstərir. Belə ki, təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı 48 mini keçmişdir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın martın 12- Hatay vilayətindəki çıxışı zamanı 115 mindən çox yaralının olduğu 50 min binanın dağıldığı ictimaiyyətin diqqətinə çatdırılmışdır. Bundan başqa, Ərdoğanın bu cür dəhşətli hadisəyə Türkiyə kimi tez cavab verəcək ikinci ölkənin olmadığını vurğulaması qardaş ölkənin gücünü bir daha təsdiqləmişdir. Şübhəsiz, Türkiyənin çətin günlərində Azərbaycan onun daim yanında oldu. Belə ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə FHN qüvvələri Türkiyəyə yola düşmüşdü. Qardaş ölkədəki axtarış-xilasetmə əməliyyatlarında iştirak edən Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri missiyasını uğurla yerinə yetirərək geri qayıdıblar. Sözügedən qüvvələrin birinci qrupu martın 1-, ikinci qrupu isə martın 2- vətənə dönüblər. Türkiyənin Kahramanmaraş şəhərində baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycandan qardaş ölkəyə ümumilikdə 760 nəfər axtarış-xilasetmə heyəti göndərilmişdi.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 ballıq episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ baş vermişdi. Dağıdıcı yeraltı təkanlardan sonra bölgədə 13 000-dən çox qeydə alınmış afterşok zədələnmiş binaların da dağılmasına səbəb olmuşdur. Təbii fəlakətlər, həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran Misirdə hiss edilmişdir. Qardaş ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunmuşdur. Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşdüyü üçün "Əsrin fəlakəti" adlandırılıb.

Bu zəlzələlər Türkiyə tarixində baş vermiş yeganə təbii fəlakətlər deyil. Bundan əvvəl, 1939-cu ildə Ərzincanda, Tosya-Ladikdə (1943), Gerdedə (1944), Çaldırada (1976), Kocaelidə (1999), Vanda (2011) baş verən zəlzələlər öz dağıdıcı gücünə səbəb olduğu insan tələfatına görə fərqlənmişdir.

Azərbaycan Türkiyə hər zaman bir-birinin yanındadır. İstər tarixi, istərsə mədəni köklər hər iki ölkəni bir-birinə möhkəm bağlayır. Qardaş ölkə ilə münasibətlərimiz bu gün böyük öndər Mustafa Kamal Atatürkün dediyi "Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir" ümummilli liderimiz Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" fikirləri üzərində qurulmuşdur. Hər zaman olduğu kimi, bu ağır imtahandan da qüdrətli Türkiyə qəhrəman türk milləti alnıaçıq, üzüağ çıxacaq.

Nəzrin ELDARQIZI,

"Respublika".