Bizə işıqlı yol göstərən dost - kitab
Sosial həyat

Bizə işıqlı yol göstərən dost - kitab

Məşhur türk atalar sözündə deyildiyi kimi, yaxşı kitab sadiq dostdur. Ondan bezəndə hirslənmir, məsləhət istəyəndə aldatmır. Kitab dilsiz yol yoldaşıdır. Daim sənə yön göstərən, istədiyin zaman yanında olan ən sadiq dostdur.

Günümüzdə texnologiya sürətlə inkişaf edir. Bunun müsbət tərəfləri qədər çox olsa da, təəssüf ki, mənfi xüsusiyyətləri mövcuddur. Artıq insanlar kitablara toxunaraq oxumaqdan üz döndəriblər. İnternetdə kitabların böyük bir hissəsini online ya səsli formada tapmaq mümkündür. Yolda gedəndə, hər hansısa başqa bir işiniz olan zaman kitabın səsli versiyasına qulaq asa bilərsiniz. ya online versiyasını yükləyərək cibinizdə gəzdirə bilərsiniz. Əlbəttə, bu, qədər əlverişli görünsə , bir o qədər real həyatdan sizi uzaqlaşdırır. Hər hansı bir hekayəni, hadisəni yadda saxlamaq, onu tam formada anlamaq üçün kitabla təmasda olmaq  çox önəmlidir. Kitabın qoxusu, vərəqlərinin keyfiyyəti insan beynində ayrıca yer tutur, xatirə kimi həkk olur.

Ölkəmizdə kitaba sevgi, şübhəsiz ki, çox böyükdür. Lakin texnologiya dövründə yaşadığımız üçün əvvəlki dövrlərə nəzərən alıcıların azalması açıq nəzərə çarpır. Buna görə kitaba marağı daha da artırmaq məqsədilə mütəmadi şəkildə kitab sərgiləri təşkil olunur.

Bu günlərdə paytaxtda, İçərişəhərdə V Milli Kitab Sərgisi keçirilib. Sərgi çərçivəsində təqdimatlar, xarici yazarlarla görüşlər, imza günləri, panel müzakirələri, poeziya axşamları keçirmək üçün Bakı Foto Evi, Maqsud İbrahimbəyovun ev-muzeyi Həsən bəy Zərdabi dəhlizi iştirakçıların ixtiyarına verilib. Həmçinin nəşriyyatlar, yayım şirkətləri, yaradıcı təşkilatlar, əl işləri ilə məşğul olan sənətkarlar öz məhsullarını ziyarətçilərə təqdim ediblər. Sərgi 27 may - 4 iyun tarixlərində baş tutub. Kitab həvəskarları saat 09:00-dan 20:00-dək İçərişəhərə gedərək 70 mindən çox kitabı 70 faizədək endirimlə əldə edə biliblər. Belə sərgilərin əsas prioriteti ölkəmizdə kitaba, mütaliəyə marağı artırmaq, yaradıcı istedadlara dəstək olmaqdır.

Bununla yanaşı, paytaxtətrafı kənd rayonlarda da bu kimi tədbirlər mütəmadi şəkildə keçirilməyə davam edir. Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev adına parkda II Xırdalan Kitab Sərgisi baş tutub. İyunun 2-dən 4-dək davam edən sərgi Abşeron Rayon İcra Hakimiyyəti, Abşeron-Xızı Regional Təhsil İdarəsi, Sumqayıt Regional Mədəniyyət İdarəsi Azərbaycan Nəşriyyatları Assosiasiyasının birgə təşkilatçılığı ilə reallaşıb. Sərgi zamanı şagirdlərin iştirakı ilə maraqlı təqdimatlar, konsert proqramları, yazıçılarla görüş imza saatları keçirilib.

Ölkəmizdə elmə, kitaba inkişafa verilən dəyər sözsüz ki, əvəzsizdir. Məhəmməd peyğəmbərin dediyi kimi: beşikdən qəbir evinə qədər oxumaq

Töhfə SƏMƏDOVA,

"Respublika".