BMT Baş katibinin xüsusi nümayəndəsi: Bakı Forumu beynəlxalq qurumları problemli məsələlər barədə düşünməyə çağırır
MÜSAHİBƏLƏR

BMT Baş katibinin xüsusi nümayəndəsi: Bakı Forumu beynəlxalq qurumları problemli məsələlər barədə düşünməyə çağırır

IX Qlobal Bakı Forumu dünyada yaranmış problemlərin həllinə müəyyən mənada töhfə verir. Bu Forum beynəlxalq qurumları problemli məsələlər üzərində düşünməyə çağırır. Forum davamlı olarsa, ölkələr tərəfindən bəzi konkret qərarlar qəbul edilər və dünya ictimaiyyəti bundan faydalanar.

Bu sözləri Botsvananın sabiq Prezidenti, BMT Baş katibinin iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi Festus Moqae AZƏRTAC-a müsahibəsində deyib.

"Dünya liderləri tərəfindən aparılan hər bir mübadilə təqdirəlayiqdir. Biz onların atdıqları addımları burada müzakirə edirik. Ümidvarıq ki, irəli sürdüyümüz təkliflər kağız üzərində qalmayacaq və müzakirə etdiyimiz problemlər tezliklə öz həllini tapacaq", - deyə F.Moqae bildirib.

AZƏRTAC