Bölgə melioratorlarının yaz qayğıları
Region

Bölgə melioratorlarının yaz qayğıları

Artıq yaz gəlir apreldən etibarən kəndlərdə əkin kampaniyasına başlanılacaq. Bunun üçün bölgələrdə əkinqabağı bütün hazırlıqlar həyata keçirilir. Azərbaycan Meliorasiya Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti bildirir ki, Bərdə Suvarma Sistemləri İdarəsi rayonda 63406 hektar əkin sahəsinin suvarılmasına xidmət edir. İdarənin balansında 1260 kilometr suvarma kanalı vardır. Bundan 112 km nov kanallar, 32 km qapalı şəbəkə, 851 km-i isə torpaq kanaldır. Hər il mütəmadi olaraq torpaq məcralı kanallarda su itkisinin qarşısının alınması, maneəsiz olaraq fermerlərə çatdırılması üçün lildən təmizləmə işləri aparılır.

Bərdənin böyük kənd təsərrüfatı potensialı var. Rayonunun əsas su mənbələri Yuxarı Qarabağ Kanalı, Tərtər çayı, subartezian quyuları Kür çayı üzərində qoyulmuş nasos stansiyalarıdır. 2022-ci ildə rayon üzrə 63406 hektar sahə 5.37 dəfə suvarılıb. Ötən il isə balansda olan torpaqlara aşağıdakı qaydada kənd təsərrüfatı bitkiləri əkilib. Bunlar 110381 hektar pambıq, 11862 hektar taxıl, 22907 hektar yonca, 12506 hektar digər əkinlər 5200 hektar isə həyətyanı sahələrdir. Ötən il idarə tərəfindən 48 ədəd hidrometrik postlar cari təmir edilib, 1064 min kubmetr kanallar lildən təmizlənib. Kollektor-dren sisteminin 992 min kubmetri, yəni 283 kilometr hissəsi lildən təmizlənib. Bundan başqa, 350 ədəd subartezian quyusu cari təmir edilib. Beləliklə, yaz əkinlərinin suvarılması üçün bütün lazımi tədbirlər vaxtında həyata keçirilib.

Beyləqan Suvarma Sistemləri İdarəsi Beyləqan rayonunda 51356 hektar, İmişli rayonunda isə 639 hektar sahəni suvarma su ilə təmin edir. Hazırda idarənin balansında 1300 kilometrə yaxın uzunluğunda suvarma kanalı, 1333 kilometr uzunluğunda kollektor-drenaj şəbəkəsi, 117 ədəd subartezian quyusu var. İdarə tərəfindən mütəmadi olaraq nasazlıqlar olan quyulara baxış keçirilir dərhal aradan qaldırılır. Bu məqsədlə 103 ədəd subartezian quyusu cari təmir edilib. Bundan başqa, son illər ərzində torpaq məcralı kanalların beton üzlüyə alınması ilə su itkisinin qarşısı alınmış olub. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Əsasən yay aylarında su problemi yaşanan Kəbirli kəndində qazılan yeni subartezian quyusu vasitəsilə kənd sakinlərinin suvarma içməli suya olan tələbatı ödənilib. Bu quyu vasitəsilə 100 ailənin su problemi aradan qaldırılıb.

Qeyd edək ki, Beyləqan Suvarma Sistemləri İdarəsi iki su mənbəyinin - Xan qızı kanalı vasitəsilə Araz çayının, Qarabağ kanalı vasitəsilə isə Kür çayının suyundan istifadə edərək əkin sahələrinin suvarılmasını həyata keçirir.

N.CAVADOV,

"Respublika".