Bölgə xəbərləri: GƏNCƏDƏ “YAŞIL ŞƏHƏRLƏR” PROQRAMI İCRA OLUNUR
Region

Bölgə xəbərləri: GƏNCƏDƏ “YAŞIL ŞƏHƏRLƏR” PROQRAMI İCRA OLUNUR

Gəncə Şəhər Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, Yaşıl Şəhər Fəaliyyət Planı (YŞFP) layihəsinin şəhər üzrə koordinatoru Səməd Tomuyev, ŞİH başçısının müavini Kamran Məhərrəmov, YŞFP-nin ölkə üzrə rəhbəri Yaşar Kərimov, həmin təşkilatın məsul əməkdaşları  Katalina Qalleqo və Jon Barber, ekspert qrupunun üzvləri,  maraqlı tərəflər iştirak ediblər. Çıxış edən Səməd Tomuyev şəhər rəhbəri Niyazi Bayramovun adından iştirakçıları salamlayıb. O bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə 2020-ci ildə Azərbaycanda ilk olaraq, məhz Gəncə şəhəri Avropa Yenidənqurma və İnkişaf Bankının "Yaşıl şəhərlər" proqramına qoşulub. Dövlət başçımızın Gəncəyə göstərdiyi bu diqqət və qayğı bizim üçün həm böyük fəxr, həm də məsuliyyətdir.

Sonra Gəncə YŞFP üzrə komanda rəhbəri Jon Barber Yaşıl Şəhər Fəaliyyət Planının hazırlanması istiqamətində bu günədək görülən işlər barədə məlumat verib. Bildirilib ki, nəzərdə tutulan Gəncə YŞPF strateji baxışı 15 illik bir zamanı əhatə edir. Bu dövrdə Gəncədə çirklənmiş ərazilərin təmizlənməsi, ağıllı texnologiyalardan istifadə etməklə enerji səmərəliliyini artırmaq və ekoloji problemləri həll etməklə sənaye potensialını inkişaf etdirmək imkanı əldə olunacaq.

Görüş ekspert qrupunun üzvlərinin və maraqlı tərəflərin iştirakı ilə keçirilən tematik sessiyalarla davam edib.

Zabit XƏLİLOV,

     “Respublika”.