BÖLGƏLƏRİMİZDƏ ƏHALİNİN İÇMƏLİ SU TƏMİNATI YAXŞILAŞDIRILIR
Region

BÖLGƏLƏRİMİZDƏ ƏHALİNİN İÇMƏLİ SU TƏMİNATI YAXŞILAŞDIRILIR

Regionun lider dövlətinə çevrilən Azərbaycanda bütün sahələrin inkişafına təkan verən uğurlu siyasət öz  səmərəli nəticələrini verməkdədir. Belə ki, ölkəmizdə həyata keçirilən böyük uzaqgörənliklə düşünülmüş  siyasi kurs istər regional layihələrin, istərsə də müvafiq Dövlət proqramlarının icrasına real imkan yaratmışdır. Bu isə spesifik milli inkişaf modelinə malik olan ölkəmizin tərəqqisinin konseptual əsaslara söykəndiyini bir daha təsdiqləyir. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının uğurlu icrası nəticəsində əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində də mühüm tədbirlər həyata keçirilmişdir. Ümumiyyətlə, ölkə regionlarında həyata keçirilən abadlıq-quruculuq işləri fonunda kommunal xidmətlərin müasir standartlar səviyyəsinə çatdırılması da hər zaman xüsusi diqqət mərkəzində yer almışdır. Bununla bağlı regionlarda son illərdə genişmiqyaslı işlər görülüb və hazırda bu proses davam etməkdədir.

Bu yaxınlarda əhalinin  içməli su təminatının yaxşılaşdırılması ilə bağlı müraciətləri daha bir rayonda öz müsbət həllini tapmışdır. Belə ki, Göygöl şəhəri və kəndlərin şəffaf içməli su təminatında yaranmış problemlərin aradan qaldırılması məqsədilə “Azərsu” ASC tərəfindən,  Kürəkçayın Murov qolundan diametri 400 mm. uzunluğu  1400 metr plastik su xətti çəkilərək, bənövşəli magistral xəttinə qoşulmuş və xəttə 24 saat içməli suyun verilişi təmin olunmuşdur. Bu isə vətəndaşların məmnunluğuna səbəb olmuşdur.  Rayon icra hakimiyyətinin başçısı Elvin Paşayev görülmüş işlərlə yerində tanış olmuş və bu işdə əməyi keçən hər kəsə təşəkkürünü bildirmişdir. Bəli, dövlət daim öz vətəndaşının yanındadır.

Zabit XƏLİLOV,

“Respublika”.