Bolqar jurnalist Cəbrayıl haqqında: İnanmaq olmur ki, burada nə vaxtsa şəhər olub
MÜSAHİBƏLƏR

Bolqar jurnalist Cəbrayıl haqqında: İnanmaq olmur ki, burada nə vaxtsa şəhər olub

Cəbrayılın əvvəlki şəkillərini görmüşəm. Hazırkı vəziyyətini gördükdə buranın bir vaxtlar həmin gözəl şəhər olmasına inana bilmirəm.

Bunu AZƏRTAC-a müsahibəsində Bolqarıstan Milli Televiziyasının əməkdaşı Georgi Milkov deyib.

Bolqar jurnalist bildirib ki, bu cür vəhşilik insanlığa sığmır. Dağıdılmış şəhərin atmosferi burada olan müharibənin dəhşəti haqqında təsəvvür yaradır. Bura ruhlar şəhərinə bənzəyir. İnanıram ki, bərpa və yenidənqurma işlərindən sonra insanlar tezliklə öz yurdlarına qayıdacaq, burada əvvəllər olduğu kimi, bundan sonra da normal və xoşbəxt həyat davam edəcək.

AZƏRTAC