Bolqarıstan parlamentində Xocalı soyqırımı ilə bağlı bəyannamə qəbul edilib
Siyasət

Bolqarıstan parlamentində Xocalı soyqırımı ilə bağlı bəyannamə qəbul edilib

Martın 10-da Bolqarıstan Respublikasının Xalq Məclisində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar bəyannamə qəbul olunub.

Azərbaycanın Bolqarıstandakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, bəyannamədə Xocalı qətliamı zamanı qətlə yetirilmiş 613 nəfərin, həmçinin itkin düşmüş mindən çox şəxsin xatirəsi ehtiramla anılır, baş vermiş kütləvi qırğın qətiyyətlə pislənilir.

AZƏRTAC