Boşboğaz, çərənçi, riyakar, yalançı
Digər xəbərlər

Boşboğaz, çərənçi, riyakar, yalançı

Otuz il torpaqlarımızı işğal altında saxlayan, təbii sərvətlərimizi talan edənşəhərləri, kəndləri dağıdan, etnik nifrət üzərində azərbaycanlılara qarşı soyqırımı törədən, 4 min nəfərə yaxın azərbaycanlı əsiri qətlə yetirən, bir milyona yaxın soydaşımızın əmlakını qarət edən, qədim yurd yerimiz Xankəndini ətraf əraziləri terror yuvasına çevirən Ermənistan bir ovuc erməni toplumu beynəlxalq təşkilatların gözünün içinə baxaraq yenə yalan danışır.

Azərbaycan əleyhinə şər böhtan yayır, hulqumu ələ keçdiyi üçün çabalayır, ikiyüzillik paxır bağlamış xəyallarının puç olduğunu hiss etdikləri üçün həyasız bəyanatlar verirlərHavadarları  qoltuğuna sığındıqları bəzi dövlət rəsmiləri "zavallı",  "yazıq" ermənilərə züy tutur, torpaqlarımızda ağalıq etmək niyyətlərindən əlləri çıxdığı üçün bədbəxt  topluma toxtaqlıq verir, ermənidən çox ermənilik edirlər. Xankəndi-Laçın yolunda dörd aydan çoxdur ki, Qarabağ iqtisadi rayonundakı təbii sərvətlərimizin ermənilər tərəfindən talan edilməsinə qarşı davam edən ekofəalların etiraz aksiyasına "blokada" donu geyindirməyə çalışan ermənilər onların xaricdəki havadarları gənclərin iradəsi qarşısında aciz qaldıqlarını anlayaraq qan çanağına çevirdikləri Xankəndiyə silah-sursat daşımaq üçün alternativ torpaq yollardan istifadə etməyə başladılar. Halbuki etiraz aksiyasının keçirildiyi yoldan hər gün Rusiya sülhməramlılarına Beynəlxalq Qırmızı Xaç Komitəsinə, eləcə mülki ermənilərə məxsus yüzlərlə maşın maneəsiz olaraq İrəvan istiqamətinə keçir əks istiqamətdə geri qayıdır. Elə isə Xankəndidəki xunta rejimini, oradakı qeyri-qanuni erməni silahlı dəstələrini, onlara "qorxmayın biz burdayıq", deyən sülhməramlıların komandirlərini təşvişə salan narahat edən nədir?!.

Çirkli biznesQarabağda qanunsuz olaraq pusquda dayanan 10 minə yaxın terrorçunu silahlandırmaq, onların təminatını yaratmaq. Çünki Xankəndidəki terrorçuların bütün təminatı Ermənistandan gəlir. Atalar məsəlində deyildiyi kimi, daş qayaya rast gəlib, hərbi siyasi üstünlük əldə edən Azərbaycan ərazi bütövlüyünün suverenliyin bərpasında çox israrlıdır, xalqımızı dövlətimizi erməni bəlasından birdəfəlik xilas etmək üçün Prezidentimizin, xalqımızın siyasi iradəsi ortadadır. Bütün xəbərdarlıqlara baxmayaraqRusiya sülhməramlılarının birbaşa köməyi dəstəyi ilə erməni  xunta rejimi dalda yollardan istifadə edərək Xankəndiyə silah-sursat, mina digər partlayıcı qurğular daşımaqdadır. Əlbəttə, bu təxribatlar uzun müddət davam edə bilməzdi. Azərbaycan Müdafiə Nazirliyinin həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində Qarabağdakı separatçıların silah-sursat daşımaq üçün istifadə etdiyi gizli yollara nəzarət tam təmin edilibBelə kiordumuzun bölmələri Sarıbaba dağının 2,9 km şimal-şərq istiqamətində irəliləyib istehkam işlərini həyata keçirib. Ermənilərin cınqırı çıxmamış ərazilərimizdə müvəqqəti yerləşmiş Rusiya hərbi kontingenti məlumat yayıb ki, "böhranlı vəziyyətin gərginləşməsinin təxribatların qarşısını almaq üçün tədbirlər görür". Adama sual verərlər ki, könlündə biclik yoxdursa, bəs dünən bu təxribatın qarşısını niyə almırdın?!. Ruslar da, ermənilər , okeanın o tayındakı havadarları da yaxşı başa düşürlər ki, Azərbaycan öz ərazisində yaşayan erməni vətəndaşlarına sahib çıxır, habelə ermənilərə sülhü, əmin-amanlığı, xoşbəxt həyatı, gələcək inkişafı özündə ehtiva edən barışıq əlini uzadır, Xankəndidə yaşayan erməni nümayəndələrini Bakıya dəvət edir. Azərbaycan çox güclü siyasət dəmir iradə ilə bütün xarici müdaxilələrin qarşısını alır, öz erməni vətəndaşlarını yaşadıqları ölkənin konstitusiyasının tələblərinə əməl etməyə çağırır. Söz yox kiəməl edən ermənilər öz evlərində rahat asudə yaşayacaqlar, əməl etməyənlərxunta rejimi, qanunsuz silahlı dəstələr bu torpaqlardan mütləq qovulacaqlarGöründüyü kimi, tərk-silah prosesi artıq başlayıb. Bu vacib prosesə müdaxilə etmək istəyən bəzi dövlətlər Azərbaycanın gücünü, xalqın iradəsini hərbi peşəkarlığını yaxşı bilirlər, sadəcə erməniləri əllərində alətə çevirib oynadırlar.

Yuxarıda qeyd etdiyimiz kimi, Xankəndidə başqa yerlərdəki ermənilər Xankəndi-Laçın yolunun bağlı olması haqqında durmadan yalan böhtan yayırlar. Halbuki erməni nəşrləri hər gün məlumat yayırlar ki, Xankəndidəki müvəqqəti xunta rejiminin rəhbərləri, eləcə başqa yanlar gah İrəvanda, gah Moskvada, gah da Parisdə peyda olurlar. Onlar hansı yoldan istifadə edirlərsualının bir cavabı var, Xankəndi-Laçın yolundan. Bu günlərdə Ermənistanın "Qraparak" nəşri öz mənbələrinə istinadən separatçıların lideri Araik Arutyunyanın bir neçə gün əvvəl Moskvadan qayıtdığını bildirib. Qəzetin məlumatına görəAraik Moskvada bir sıra görüşlər keçiribQayıtdıqdan sonra yaxın ətrafını toplayıb onun istefası məsələsinin təxirə salındığını yaxın gələcəkdə "prezident seçkiləri olmayacağını" bildirib. 44 günlük Vətən müharibəsində qaçıb gizlənən Araik himayədarlarından aldığı təlimata uyğun olaraq sərsəmləyib ki, uzunmüddətli amansız qarşıdurmaya hazırlaşmaq lazımdır. Başının əzilməsinin yaxınlaşdığını hiss edən terrorçu Arutyunyan  Qarabağda normal həyatı bərpa etməkalternativ yolu işə salmaq kiçikdən-böyüyə silahlanaraqgözlənilən müharibəyə (?!) hazır olmağı öz tərəfdarlarına bildirib. Qəzetin yazdığına görə oermənilərin qarşısında iki yol olduğunu  - ya Qarabağdan getməkya da "müstəqilliyi" qoruyub saxlamaq üçün mübarizə aparmaqlazım olsa həlak olmaq barədə çərənləyibƏlbəttə, boşboğazlıq etmək ermənilərin köhnə vərdişidir, Araik başqa yanlar artıq "Dəmir yumruq"dan yayına bilməyəcəklərini anladıqları üçün son nəfəslərində çərənlədiklərinin fərqində deyillər. O məşhur məsəldə deyildiyi kimi, artıq tələ yiyəsi gəlib.

S.BABAYEV,

"Respublika".