Bosniya və Herseqovinanın keçmiş Prezidenti: Qlobal Bakı Forumu ən mühüm beynəlxalq platformalardan birinə çevrilir
MÜSAHİBƏLƏR

Bosniya və Herseqovinanın keçmiş Prezidenti: Qlobal Bakı Forumu ən mühüm beynəlxalq platformalardan birinə çevrilir

Qlobal Bakı Forumu tədricən, lakin qətiyyətlə ən mühüm beynəlxalq platformalardan birinə çevrilir. Bu forumun həm regional, həm də beynəlxalq səviyyədə əhəmiyyəti ilbəil artır.

AZƏRTAC xəbər verir ki, Bosniya və Herseqovinanın keçmiş Prezidenti Mladen İvaniç bu fikri Bakıda keçirilən "Qlobal dünya nizamına təhdidlər" mövzusunda IX Qlobal Bakı Forumunda jurnalistlərə müsahibəsində söyləyib.

M.İvaniç Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi dəstəyini, həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən görülən böyük işi qeyd edərək deyib: "Qlobal Bakı Forumu bütün keçmiş və hazırkı prezidentləri, nazirləri və dövlət xadimlərini bir araya toplayıb. Mən qəti əminəm ki, biz qlobal dünya nizamına təhdid yaradan suallara bu forum sayəsində cavab tapa biləcəyik".

AZƏRTAC