Brenda Şafer: Azərbaycan BMT qətnamələrini təkbaşına həyata keçirdi
MÜSAHİBƏLƏR

Brenda Şafer: Azərbaycan BMT qətnamələrini təkbaşına həyata keçirdi

Şuşada olmaq həmişə sanki bir möcüzədir. Yaxşı bilirsiniz ki, bütün dünya ərazi bütövlüyü prinsipindən danışır. Azərbaycan ərazi bütövlüyünü özü təkbaşına bərpa etdi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında ABŞ Hərbi Dəniz Donanması Ali Məktəbinin nümayəndəsi Brenda Şafer deyib.

O qeyd edib: "BMT-nin qəbul etdiyi qətnamələr uzun illər boyu icra olunmamış qala bilərdi. Azərbaycan təşəbbüsü öz üzərinə götürüb BMT qətnamələrini təkbaşına yerinə yetirdi".

Brenda Şafer bildirib ki, hər dəfə Şuşaya gələrək burada qaçqınların öz evlərinə qayıtmasını, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın dirçəlməsini görmək insanı heyrətə gətirir. "Mən buraya hər gəlişimdə Şuşanın getdikcə öz əvvəlki şöhrətini bərpa etməsinin şahidi oluram", - deyə o vurğulayıb.