Britaniyalı jurnalist: İkinci Qarabağ müharibəsindəki Qələbə Azərbaycan tarixində silinməz izlər buraxıb
MÜSAHİBƏLƏR

Britaniyalı jurnalist: İkinci Qarabağ müharibəsindəki Qələbə Azərbaycan tarixində silinməz izlər buraxıb

Qırx dörd gün davam edən İkinci Qarabağ müharibəsindəki Qələbə Azərbaycan tarixində silinməz izlər buraxıb.

Bunu AZƏRTAC-a müsahibəsində britaniyalı jurnalist Neil Vatson deyib.

Jurnalist bildirib: "27 Sentyabr - Anım Günü Azərbaycanı Qələbəyə aparan tarixin başlanğıcıdır. Bu, Azərbaycan tarixində çox əhəmiyyətli bir gündür. İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı uğurlara görə sevinirəm və bu uğurun davamlı olmasını arzulayıram.

Vatson söyləyib ki, 30 ildən sonra tarixi Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi Azərbaycan Ordusunun nə qədər güclü olduğunu dünyaya bir daha sübut edib. Azərbaycan beynəlxalq hüquqa riayət edərək öz torpaqlarını işğaldan azad edib. Doğma torpağından didərgin düşmüş 1 milyondan çox azərbaycanlının yenidən öz evinə qayıtması xəbəri isə bu ərazilərdə ədalətin bərpa olunduğunu göstərir".

Britaniyalı jurnalist xalqımızı Qələbə münasibətilə təbrik edib, regionda sülhün davamlı olmasını arzulayıb.

AZƏRTAC