Britaniyalı səyyah: Azərbaycan həqiqətən heyrətamiz ölkədir
MÜSAHİBƏLƏR

Britaniyalı səyyah: Azərbaycan həqiqətən heyrətamiz ölkədir

Qarabağ çox gözəldir. Bu valehedici təbiəti görmək üçün mütləq bu bölgələrə səyahət etmək lazımdır. Dünyanın hər ölkəsini ziyarət etməyə çalışıram, ona görə də bu gün buradayam. Azərbaycan həqiqətən heyrətamiz ölkədir. Çoxlu tarixi məkanları və baxdıqca heyran qalacağın mənzərələri var.

Bu sözləri AZƏRTAC-a müsahibəsində britaniyalı səyyah Heyli Kennedi ifadə edib.

Səyyah bildirib ki, Azərbaycan, xüsusilə Qarabağ bölgəsinə səyahət etməyə dəyər. "Hər bir ölkə təklif edə biləcəyi gözəlliklərə sahibdir. Azərbaycan da dəyərli tarixə, təbii sərvətlərə, xüsusilə neft və buna bənzər bir sıra digər zənginliklərə malikdir. Burada isə hərəsindən bir az var", - deyə səyyah əlavə edib.