Bu gün Azərbaycanda COVID-19 əleyhinə 43 min dozadan çox peyvənd vurulub
Səhiyyə

Bu gün Azərbaycanda COVID-19 əleyhinə 43 min dozadan çox peyvənd vurulub

Fevralın 8-də Azərbaycanda 43 mın 126 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 652, ikinci mərhələ üzrə - 2 min 204, "buster" doza ilə peyvənd olunanların sayı isə 37 min 270 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 12 milyon 261 min 740, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 252 min 35, ikinci mərhələ üzrə 4 milyon 754 min 599, vurulan "buster" doza vaksinlərin ümumi sayı isə 2 milyon 255 min 106-dır.

AZƏRTAC