Bu gün COVİD-19 əleyhinə 101 min dozadan çox peyvənd vurulub
Səhiyyə

Bu gün COVİD-19 əleyhinə 101 min dozadan çox peyvənd vurulub

Avqustun 28-də Azərbaycanda 101 min 101 nəfər yeni növ koronavirus (COVİD-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 60 min 650, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 40 min 451 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 6 milyon 594 min 858, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 3 milyon 990 min 54, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 604 min 804 nəfər təşkil edir.

AZƏRTAC