Bu gün COVID-19 əleyhinə 12 min dozadan çox peyvənd vurulub
Səhiyyə

Bu gün COVID-19 əleyhinə 12 min dozadan çox peyvənd vurulub

Noyabrın 10-da Azərbaycanda 12 min 403 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 min 86, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 998 nəfər, "buster" doza ilə peyvənd olunanların sayı isə 6 min 319 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 9 milyon 941 min 341, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 1 min 669, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 442 min 475 nəfər, "buster" doza ilə peyvənd olunanların sayı 497 min 197 nəfər təşkil edib.

AZƏRTAC