Bu gün COVID-19 əleyhinə 24 min dozadan çox peyvənd vurulub
Səhiyyə

Bu gün COVID-19 əleyhinə 24 min dozadan çox peyvənd vurulub

Dekabrın 24-də Azərbaycanda 24 min 207 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 min 618 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 204 nəfər, "buster" doza ilə peyvənd olunanların sayı isə 18 min 385 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 milyon 177 min 159, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 153 min 329, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 656 min 209 nəfər, "buster" doza ilə peyvənd olunanların sayı 1 milyon 367 min 621 nəfər təşkil edir.

AZƏRTAC