Bu gün COVID-19 əleyhinə 30 min 893 doza peyvənd vurulub
Səhiyyə

Bu gün COVID-19 əleyhinə 30 min 893 doza peyvənd vurulub

Noyabrın 26-da Azərbaycanda 30 min 893 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 745, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 min 213 nəfər, "buster" doza ilə peyvənd olunanların sayı isə 21 min 935 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 milyon 426 min 930, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 67 min 433, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 549 min 652 nəfər, "buster" doza ilə peyvənd olunanların sayı 809 min 845 nəfər təşkil edir.

AZƏRTAC