Bu gün COVID-19 əleyhinə 33 min dozaya yaxın peyvənd vurulub
Səhiyyə

Bu gün COVID-19 əleyhinə 33 min dozaya yaxın peyvənd vurulub

Noyabrın 19-da Azərbaycanda 32 min 573 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 min 386, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 min 902 nəfər, "buster" doza ilə peyvənd olunanların sayı isə 21 min 285 nəfər təşkil edir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 milyon 234 min 106, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 42 min 611, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 512 min 674 nəfər, "buster" doza ilə peyvənd olunanların sayı 678 min 821 nəfər təşkil edir.

AZƏRTAC