Bu gün COVID-19 əleyhinə 43 min dozaya yaxın peyvənd vurulub
Səhiyyə

Bu gün COVID-19 əleyhinə 43 min dozaya yaxın peyvənd vurulub

Oktyabrın 7-də Azərbaycanda 42 min 746 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 min 173, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 29 min 573 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 8 milyon 884 min 266, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 850 min 515, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 33 min 751 nəfər təşkil edir.

AZƏRTAC