Bu gün COVİD-19 əleyhinə 66 min dozadan çox peyvənd vurulub
Səhiyyə

Bu gün COVİD-19 əleyhinə 66 min dozadan çox peyvənd vurulub

Avqustun 18-də Azərbaycanda 66 min 519 nəfər yeni növ koronavirus (COVİD-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 52 min 661, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 min 858 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 5 milyon 932 min 734, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 3 milyon 526 min 467, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 406 min 267 nəfərdir.

AZƏRTAC