Bu gün COVİD-19 əleyhinə 84 min dozadan çox peyvənd vurulub
Səhiyyə

Bu gün COVİD-19 əleyhinə 84 min dozadan çox peyvənd vurulub

Avqustun 26-da Azərbaycanda 84 min 232 nəfər yeni növ koronavirus (COVİD-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 54 min 63, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 30 min 169 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 6 milyon 419 min 537, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 3 milyon 884 min 713, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 534 min 824 nəfər təşkil edir.

AZƏRTAC