Bu il Azərbaycan 150 beynəlxalq sənəd imzalayıb
Digər xəbərlər

Bu il Azərbaycan 150 beynəlxalq sənəd imzalayıb

2022-ci ildə Azərbaycan tərəfindən çoxtərəfli və ikitərəfli əsasda hüquqi sənədlərin imzalanması istiqamətində iş aparılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin ilin yekunlarına dair mətbuat buraxılışında qeyd olunub.

Bildirilib ki, 2022-ci il ərzində müvafiq prosedurlara uyğun olaraq Azərbaycan, İran və Rusiya arasında 1, Azərbaycan, Türkiyə və Türkmənistan arasında 6, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında 1 sənəd imzalanıb. Bununla yanaşı, 27 ölkə ilə ümumilikdə 150 sənədin imzalanması təmin edilib.