“Buta Airways
Digər xəbərlər

“Buta Airways" aviaşirkəti yeni Bakı-Volqoqrad marşrutu açır

AZAL QSC-nin tərkibinə daxil olan "Buta Airways" aşağıbüdcəli aviaşirkəti uçuş proqramı çərçivəsində marşrut şəbəkəsində Bakıdan Volqoqrad şəhərinə yeni istiqamət açır.

Uçuşlar martın 16-dan etibarən həftədə üç dəfə həyata keçiriləcək. Uçuşlar Bakıdan həftənin çərşənbə axşamı, cümə və şənbə günləri, Volqoqraddan isə çərşənbə, şənbə və bazar günləri həyata keçiriləcək.

Biletləri aviadaşıyıcının www.butaairways.az saytında "Büdcə", "Standart" və "Super" tariflər, aviaşirkətin akkreditə olunmuş agentliklərində isə yalnız "Super" tarifi üzrə əldə etmək mümkündür. Aviabiletləri "Buta Airways" mobil tətbiqi vasitəsilə də əldə etmək olar.

Bu reyslərə qüvvədə olan epidemioloji məhdudiyyətlər şəraitində uçuşuna icazə verilən sərnişinlər qəbul ediləcək.

"Buta Airways" aviaşirkətinin mətbuat xidməti.