Byorn Berge: Azərbaycan müxtəlif mədəniyyət və din nümayəndələrinin görüş məkanına çevrilib
MÜSAHİBƏLƏR

Byorn Berge: Azərbaycan müxtəlif mədəniyyət və din nümayəndələrinin görüş məkanına çevrilib

Azərbaycanın mədəniyyətlərarası dialoq sahəsində zəngin təcrübəsi var və bu istiqamətdə uzun illərdir ki, mühüm addımlar atır. Azərbaycan mədəniyyətlərarası və dinlərarası dialoqa dair vacib konfranslara ev sahibliyi edib. Azərbaycan müxtəlif mədəniyyət və din nümayəndələrinin görüş məkanına çevrilib. Bu, bir daha göstərir ki, Azərbaycan bütün dünyanın ehtiyac duyduğu dini və mədəni dözümlülük probleminə olduqca həssas münasibət bəsləyir.

Bu fikirləri Fransanın Strasburq şəhərində Avropa Şurası Nazirlər Kabinetinə İtaliyanın sədrliyi çərçivəsində keçirilən dinlərarası dialoqa həsr edilmiş “Din və sülh, din və insan hüquqları üzrə dinlərarası dialoq” adlı konfransın moderatoru, Avropa Şurası Baş katibinin müavini Byorn Berge AZƏRTAC-a müsahibəsində deyib.

O bildirib ki, dinlərarası, mədəniyyətlərarası dialoqun təşviqinə və bu mövzuya dair konfransların keçirilməsinə daha çox ehtiyac var.

“Strasburq konfransında vacib məsələlərə toxunuldu, fikir mübadiləsi aparıldı. Bu konfransın nəticələri müzakirə olunacaq və gələcəkdə belə konfranslar müxtəlif ölkələrdə təşkil olunacaq. Azərbaycan tərəfi də belə bir konfransa özünün ev sahibliyini təklif etdi. Biz bunu yüksək qiymətləndiririk.

AZƏRTAC