Cahid Bağçı: Beynəlxalq Sosial Elmlər Konqresi Azərbaycan-Türkiyə əlaqələrini yeni müstəviyə daşıdı
MÜSAHİBƏLƏR

Cahid Bağçı: Beynəlxalq Sosial Elmlər Konqresi Azərbaycan-Türkiyə əlaqələrini yeni müstəviyə daşıdı

Azad Şuşada mövzusu Qarabağla bağlı olan 7-ci Sosial Elmlər Konqresini yekunlaşdırdıq. Bu, sosial elmlər və Azərbaycan tarixində ən önəmli konqreslərdən biri idi.

Bunu AZƏRTAC-a müsahibəsində Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı söyləyib.

Konqresin mənəvi dəyərinin olduğunu qeyd edən səfir deyib ki, bu gün dindən, tarixdən, mədəniyyətdən, keçmişdən danışıldı. Çıxışçılar təhlillərini, müşahidələrini bölüşdülər.

"Bu gün Şuşada keçirilən "İNCSOS-Qarabağ" 7-ci Beynəlxalq Sosial Elmlər Konqresi Azərbaycan-Türkiyə əlaqələrini yeni müstəviyə daşıdı. Biz istərdik ki, iki ölkənin elm adamları bir araya gələrək əməkdaşlığı daha da genişləndirsinlər", - deyə C.Bağçı vurğulayıb.

AZƏRTAC