Cahit Bağçı: Ermənilərdən soruşmaq lazımdır ki, əgər Qarabağ sizin idisə, niyə buraları viran qoyubsunuz?
MÜSAHİBƏLƏR

Cahit Bağçı: Ermənilərdən soruşmaq lazımdır ki, əgər Qarabağ sizin idisə, niyə buraları viran qoyubsunuz?

Ağdama 8-ci, Qarabağa isə 13-cü səfərimdir. Qarabağa hər gəldiyimdə burada olan dağıntıları kədərlə izləyirəm.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Ağdama səfər edən Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı deyib.

"Burada Cümə məscidinin, Dram teatrının, poçt binasının, məktəbin və başqa tikililərin bu halını gördükdən sonra ermənilərdən soruşmaq lazımdır ki, əgər Qarabağ sizin idisə, niyə buraları viran qoyub, daş üstündə daş buraxmamısınız? Ağdama ilk dəfə gələn səfirlər, diplomatik nümayəndələr burada baş verənlər barəsində məlumatlandırılır. Əlbəttə, bizim də hər səfərimizdə ilk dəfə eşitdiyimiz məlumatlar olur. Bu gün Ağdamda əvvəlki səfərimdən sonra xeyli iş görüldüyünün, Prezident İlham Əliyevin tapşırıqları, sərəncamları ilə işlərin sürətlə irəlilədiyinin şahidi oluruq. Şübhəsiz bu, həqiqətdir ki, tezliklə insanlar Qarabağa, doğma el-obalarına qayıdacaqlar", - deyə səfir əlavə edib.

AZƏRTAC