Cavad Rəcəb: İşğaldan azad olunmuş ərazilərə hər gəlişimdə çox böyük inkişaf, irəliləyiş görürəm
MÜSAHİBƏLƏR

Cavad Rəcəb: İşğaldan azad olunmuş ərazilərə hər gəlişimdə çox böyük inkişaf, irəliləyiş görürəm

Vətən müharibəsində qazandıqları Qələbə münasibətilə Azərbaycan hökumətini və xalqını həm öz adımdan, həm də xalqımın adından səmimi qəlbdən təbrik edirəm. Biz İraq dövləti və xalqı olaraq bu Qələbəyə və inkişafa çox sevinirik.

AZƏRTAC xəbər verir ki, bu sözləri İraqın Azərbaycandakı səfirinin müşaviri Cavad Rəcəb diplomatik korpus nümayəndələrinin Tərtərin işğaldan azad edilmiş Suqovuşan qəsəbəsinə və Talış kəndinə səfəri zamanı jurnalistlərə açıqlamasında söyləyib.

"Mən özümü çox şanslı hiss edirəm ki, bu gün Azərbaycanın azad edilmiş torpaqlarındayam. Təxminən dörd ay əvvəl buranı ziyarət etmişdim. Hər gəlişimdə burada çox böyük inkişaf, irəliləyiş görürəm. Bu, sanki sehrdir", - deyə Cavad Rəcəb bildirib.

AZƏRTAC