Cəbrayıl rayonu ərazisində partlayış hadisəsi baş verib
Gündəm

Cəbrayıl rayonu ərazisində partlayış hadisəsi baş verib

Avqustun 25-də Cəbrayıl rayonunun Hüseynalılar kəndi ərazisində OG-9 sursatına aid alışdırıcının partlayışı baş verib. 

"Respublika" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi məlumat yayıb. 

Partlayış nəticəsində minatəmizləmə əməliyyatlarına cəlb edilən yerli şirkətin minaaxtaranı, 1999-cu il təvəllüdlü Qasımov Həbib Teymur oğlu xəsarət alıb. Zərərçəkəndə sol əlinin iç səthinin çapılmış deşilmiş yaraları, hər iki baldırın iç səthinin xırda barıt yanıqları xəsarəti qeydə alınıb. Xəsarət alan şəxsin vəziyyəti stabildir. Onun həyatı təhlükəsi yoxdur.