Cəmiyyətin siyasi gücü həlledici olacaq
Türk dünyası

Cəmiyyətin siyasi gücü həlledici olacaq

Türkiyədə keçirilən Prezident Parlament seçkiləri bütün dünyanın diqqətlə izlədiyi son dönəmlərin ən qlobal hadisələrindən biri kimi yadda qaldı. Seçici fəallığının 87 faizdən çox olması ilk turda Rəcəb Tayyib Ərdoğanın səslərin nəticəsinə görə ən yaxın rəqibindən xeyli öndə olması deməyə əsas verir ki, xalq ikinci turda da Türkiyənin inkişafına tərəqqisinə səs verəcək. Qərb dairələri, okeanın o tayındakı siyasi qruplaşmalar, Türkiyədəki ədalətli seçki prosesinə kölgə salmaq, Kılıçdaroğlu tərəfdarlarını ayağa qaldıraraq ölkədə etirazlar dalğası yaratmaq məqsədilə seçkilərin ədalətli keçirilmədiyi ilə bağlı dezinformasiyalar, əsası olmayan məlumatlar yaymaqdadır. Qərbin "seçicilərin böyük bir qisminin səsvermədə iştirak etməkdə çətinliklə üzləşib" sərlöhvəli yazılar, məqalələr dərc etməsinin başqa məqsədi ola da bilməz. Baxmayaraq ki, seçki gününə kimi müxalifət bütün ölkə ərazisində hər gün sərbəst mitinqlər keçirdi, ancaq Qərb, ABŞ tərəfi bunu görməzlikdən gələrək yazır ki, toplaşmaq azadlığına məhdudiyyət var. Görünür, onlar artıq planlarının baş tutmayacağını çox yaxşı anladıqlarından prosesləri fərqli məcraya çəkmək niyyətindədirlər. Artıq Türkiyə xalqının seçimi bəllidir. Qərbin narahatçılığı da elə bununla bağlıdır.

Bu seçkilər bütün dünya üçün son illərin ən önəmli proseslərindən biridir. Çünki mayın 28- Türkiyədə keçiriləcək prezident seçkilərinin ikinci turunun yekun nəticələri dünyanın gələcək taleyində, geosiyasi qlobal proseslər nöqteyi-nəzərdən olduqca önəmli təsirə malikdir. Bütün gücünü Ərdoğan hakimiyyətinin əleyhinə yönəldən ABŞ Avropa Birliyi arzularına çatmadıqda, Qərb mətbuatında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın əleyhinə sərt materiallar, seçkilərin guya "saxtakarlığı" ilə bağlı əsası olmayan yazılarla çıxış edirlər. Lakin Türkiyə xalqı çox yaxşı başa düşür ki, hazırda Türkiyənin gələcək taleyi həll edilir. O səbəbdən, xalq öz taleyini Qərbin, Amerikanın ümidinə qoyacaq qədər sadəlövh deyil. Çünki bu xalq çox yaxşı bilir ki, R.T.Ərdoğanın hakimiyyətə gəlişinə qədər Türkiyə nəinki müstəqil xarici siyasət yürütmək şansından məhrum edilmişdi, eyni zamanda siyasi-ictimai iqtisadi böhranlarla üzləşən bir ölkə idi. Rəcəb Tayyib Ərdoğan hakimiyyətdə olduğu 20 il müddətində isə ölkə müdafiə qabiliyyətini artırıb, hərbi-sənaye kompleksini inkişaf etdirib. Türkiyə özünün ən qüdrətli dövrünü yaşamaq, dünyanın söz sahiblərindən birinə çevrilmək istiqamətində önəmli gedişlər edir.

Bu gün Ərdoğanın əleyhinə yazılan yazıların, edilən çıxışların arxasında bir istək dayanır. Türkiyəni yenidən "böhran bataqlığı"na çəkib, orada boğmaq. Bu fikirləri açıqlamasında politoloq Bilgehan Öztürk vurğulayıb: "İnanıram ki, seçicilər birinci turda olduğu kimi, ikinci turda da milli iradələrinə sahib çıxaraq Türkiyənin gələcəyi naminə səs verəcəklər. Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsi ilk növbədə, türk dövlətləri arasında hərbi, iqtisadi, mədəni əlaqələrin daha da gücləndirilməsi hər şeydən əvvəl, Zəngəzur dəhlizinin başa çatdırılması baxımından yeni dövrün başlanğıcı olacaq. Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun "İpək Yolu" adlandırdığı layihədə istifadə etdiyi marşruta Azərbaycanı daxil etməməsi Türkiyə ictimaiyyətində böyük əks-səda yaratdı bu, iqtidarın türk dünyası yaratmaq anlayışına tamamilə zidd kimi qəbul edildi. Türkiyə Azərbaycanın Qarabağ zəfərindən sonra Zəngəzur dəhlizi ilə türk dünyası arasında ərazi bütövlüyünün yaradılmasını böyük strateji prioritet hesab edir. R.T.Ərdoğanın seçkilərdə qalib gələrək yenidən prezident seçilməsi Türkiyənin böyük gücə çevrilmə yolunda irəliləməsini daha da sürətləndirəcək, başda Azərbaycan olmaqla, digər türk dövlətləri ilə birlikdə yeni mərhələyə qədəm qoyacaq". Xatırladaq ki, Türkiyədə prezident seçkilərinin ikinci turu may ayının 28- keçiriləcək.

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.