Cənubi Qafqazdakı vəziyyət müzakirə olunub
Siyasət

Cənubi Qafqazdakı vəziyyət müzakirə olunub

NATO -nun ikinci böyük ölkəsi olan Türkiyənin  Xarici İşlər naziri Mövlud Çavuşoğlunun yaxın günlərdə Rusiya Ukraynanın genişmiqyaslı əməliyyatlara başlayacağı barəsində açıqlama verməsindən sonra Sergey Lavrovun Türkiyəyə səfər etməsi məhz genişmiqyaslı hərbi əməliyyatların qarşısını almağa hesablanıb. Çünki Türkiyə Rusiya Ukrayna arasındakı savaşda sülh əldə ediləcəyinə inanan bir ölkədir. Hətta bu savaşda söz sahibi olan dünyanın aparıcı dövlətləri belə, danışıqlarda əsas faktor kimi Türkiyəni görürlər.

Bununla bağlı Ankarada  ikitərəfli regional məsələləri müzakirə edən xarici işlər nazirləri birgə mətbuat konfransı keçiriblər. Mətbuat konfransında çıxış edən Sergey Lavrov Rusiyanın Ukrayna ərazisindəki vəziyyətin nizamlanması üçün danışıqlardan imtina etmədiyini bildirib. O deyib: "Həm prezident, həm Rusiya nümayəndə heyəti dəfələrlə bildiriblər ki, biz danışıqlardan imtina etmirik. Lakin danışıqlar yalnız bizim qeyd etdiyimiz əsasda, Rusiyanın maraqları qanuni narahatlıqlarının nəzərə alınması əsasında aparıla bilər".

Danışıqların yekunlarına dair mətbuat konfransında çıxış edən Mövlud Çavuşoğlu deyib: "Görüşlərimiz hərtərəfli məhsuldar keçdi. Xüsusilə Ukrayna məsələsi diqqət mərkəzində idi. Təəssüf ki, bir ildən artıqdır davam edən müharibə bütün dünyaya zərər verməkdə davam edir, xüsusilə Rusiya Ukraynaya müharibə başlayan kimi danışıqlar aparılmasının beynəlxalq hüquq çərçivəsində bunun dayandırılmasının lazım olduğunu vurğuladıq. Biz hər iki tərəflə görüşərək problemi həll etmək üçün səy göstəririk. Bu görüşdən bir neçə gün əvvəl Brüsseldə Ukraynanın xarici işlər naziri Kuleba ilə görüşdük, onu Türkiyəyə dəvət etdim''. O həmçinin vurğulayıb ki, biz Sergey Lavrovla taxıl dəhlizini müzakirə etdik. Bu, diplomatiya danışıqların nəticə verdiyini göstərir. Biz sazişin davam etdirilməsinə önəm veririk. Bu, həm dünyada ərzaq böhranının azaldılması baxımından vacibdir. Bu sahədə əngəllərin aradan qaldırılması ilə bağlı razılığa gəldik.

Çavuşoğlu bildirib ki, Prezident Ərdoğan Putinlə hər görüşdə buğdanın ən az inkişaf etmiş ölkələrə getməsinin vacibliyini vurğulayırdı. Bundan əlavə, Rusiya taxılının bir hissəsinin Türkiyəyə gətirildikdən üyüdüldükdən sonra ən zəif inkişaf etmiş ölkələrə çatdırılması üçün əməkdaşlıq başlayıb. Qətər bunu dəstəkləyir. Biz dünyada ərzaq böhranını minimuma endirməyə çalışırıq.

"Biz Cənubi Qafqazın bütün ölkələri arasında əməkdaşlığın dərinləşməsinə tərəfdarıq. Biz, Rusiyanın dəstəyi ilə Ermənistan Türkiyə arasında münasibətlərin normallaşdırılması, regionda nəqliyyat əlaqələrinin kommunikasiyaların açılması, Cənubi Qafqazda postmünaqişə dövründə bərpa proseslərini alqışlayırıq", - deyə türkiyəli nazir vurğulayıb .

S.Lavrov isə qeyd edib ki, bütün bu proseslər Azərbaycan, Ermənistan Rusiya liderlərinin imzaladıqları üçtərəfli razılaşmalar əsasında aparılmalıdır: "Ümid edirik ki, regiondakı bəzi həmkarlarımız bu proseslərə mane olmayacaq, tərəfləri əldə olunmuş razılaşmaları yerinə yetirməyə çağıracaqlar", - deyə nazir vurğulayıb.

Rusiyanın xarici işlər naziri Lavrov da həmkarı Çavuşoğlu ilə ikitərəfli beynəlxalq gündəmin əsas məsələlərini müzakirə etdiklərini iki ölkə arasındakı əlaqələrin səmərəliliyinin liderlər arasındakı səmimiyyətdən qaynaqlandığını bildirib. Lavrov deyib: "Bugünkü görüşdə əlaqələrimizin lokomotivi olan layihələrdən danışdıq. Xüsusilə, Akkuyu Atom Elektrik Stansiyasının yaradılmasından danışıldı. Bu stansiyanın tikintisi Türkiyənin enerji təhlükəsizliyini gücləndirəcək. Bu münasibətlə 27 apreldə stansiyanın birinci blokuna nüvə enerjisi göndərəcəyimizi ifadə etmək istərdim. Türkiyədə qaz mərkəzi yaradılacaq. Biz Rusiyanın enerji resurslarının dünya bazarına çıxarılması üçün mərkəz yaradırıq. Keçən il dövlət başçılarımız, rəhbərlərimiz bu qaz mərkəzinin yaradılması ilə bağlı qərar qəbul etdilər. Biz bu qərarın dərəcədə düzgün olduğunu daha yaxşı başa düşürük".

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.