Cənubi Qafqazla Balkanları birləşdirmək ikitərəfli münasibətləri daha yüksək səviyyəyə çatdıracaq
Siyasət

Cənubi Qafqazla Balkanları birləşdirmək ikitərəfli münasibətləri daha yüksək səviyyəyə çatdıracaq

Dünya ölkələri arasında bərabərhüquqlu münasibətlərin qurulmasını xarici siyasətinin əsas istiqaməti olaraq müəyyənləşdirən Azərbaycan çoxtərəfli əlaqələrin şaxələndirilməsi istiqamətində məqsədyönlü siyasət həyata keçirir. Qloballaşan dünyada yeni münasibətlərin qurulması, əməkdaşlıq əlaqələrinin yenidən formalaşdırılması zamanın tələbi kimi çıxış edir. Beynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirən, tərəfdaşlarının sayını getdikcə daha da artıran müstəqil dövlətimiz Balkan ölkələri ilə münasibətlərin inkişaf etdirilməsinə xüsusi önəm verir. Bosniya Herseqovina da Şərqi Avropada Azərbaycanın mühüm strateji tərəfdaşına çevrilir.

Uzun illərə söykənən dostluq əlaqələri hər iki ölkənin həyata keçirdiyi siyasəti dəstəkləmək çətin anlarda bir-birinə yardım göstərməklə öz təsdiqini tapmışdır. Müstəqil siyasət yürüdən Azərbaycan Bosniya Herseqovinaya hər zaman dost ölkə olaraq səmimi münasibət nümayiş etdirmiş, əlaqələrin inkişafı istiqamətində əhəmiyyətli addımlar atmışdır. Bu gün Bosniya Herseqovina ilə Azərbaycan arasında mövcud münasibətlərdə artıq yeni səhifə açılır. Aprel ayının 13- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bosniya Herseqovinaya rəsmi səfəri iki ölkə arasında əlaqələrin daha da dərinləşməsinə, tərəfdaşlıq səviyyəsinə yüksəlməsinə hədəflənib. Səfər çərçivəsində Sarayevoda "Azərbaycan Respublikası ilə Bosniya Herseqovina arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə"nin imzalanması bunun bariz nümunəsidir. Prezident İlham Əliyev Bosniya Herseqovinanın Rəyasət Heyətinin sədri xanım Jelka Tsviyanoviç tərəfindən imzalanan sənəd əlaqələrin gələcək inkişafına, iki ölkə arasında siyasi dialoqun həyata keçirilməsinə, həmçinin səmərəli iqtisadi əməkdaşlığın inkişafına mühüm töhfə verəcək .

Beynəlxalıq təşkilatlar çərçivəsində bütün məsələlərdə bir-birini dəstəkləyən hər iki ölkə ərazi bütövlüyü, suverenliyi sərhədlərinin toxunulmazlığı məsələlərində hər zaman bir-birinin marağından çıxış etmişlər. İkinci Qarabağ müharibəsində Bosniya Herseqovina Azərbaycanın haqq işini dəstəkləmiş, qardaşlıq, dostluq mövqeyi nümayiş etdirmişdir.

Bosniya Herseqovinanın Rəyasət Heyətinin sədri xanım Jelka Tsviyanoviç mart ayının əvvəlində ölkəmizdə səfərdə olarkən Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı ikitərəfli münasibətlər müzakirə edilmiş, Bosniya Herseqovina ilə Azərbaycan arasında iqtisadiyyat, ticarət, investisiya, enerji digər sahələrdə əməkdaşlıq üçün böyük imkanların olduğu diqqətə çatdırılmışdır. Liderlər Azərbaycan Bosniya Herseqovina arasında siyasi əlaqələrin səviyyəsini yüksək qiymətləndirmiş, eyni zamanda iqtisadi ticari əlaqələrin daha da gücləndirilməsinin vacibliyini vurğulamışlar.

Jelka Tsviyanoviçin dəvəti ilə aprel ayında Bosniya Herseqovinada rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Jelka Tsviyanoviç ilə görüşdə iki ölkə arasında bütün sahələrdə əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinin zəruriliyini qeyd ediblər. Bosniya Herseqovina ilə münasibətlərdə yeni dövrün başlandığını vurğulayan ölkə başçımız Bosniya Herseqovinaya rəsmi səfərindən məmnunluğunu ifadə edib: "Bu dostluq qardaşlığa görə sizə minnətdarıq. Bu gün münasibətlərimizdə yeni dövr başlayır. Biz iqtisadi sahədə əlaqələri gücləndirəcəyik. Bosniya Herseqovina ilə Azərbaycan arasında strateji sahədə fəaliyyətlər olacaq".

Dövlət başçımızın Bosniya Herseqovinaya səfəri çərçivəsində iki ölkə arasında siyasi diplomatik müstəvidə müntəzəm olaraq məsləhətləşmələrin aparılması, strateji tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılacağı qərara alınmışdır. Həmçinin, iqtisadi sahədə məqsədyönlü fəaliyyətin vacibliyi vurğulanmış, Birgə İqtisadi Komissiyanın yaradılması haqqında qərar qəbul edilmişdir. Prezident İlham Əliyev ticarət dövriyyəsinin artırılması üçün lazımi işlərin görüləcəyini bildirmiş eyni zamanda konkret investisiya layihələri əsasında Azərbaycanın Bosniya Herseqovinanın iqtisadiyyatına sərmayə yatırmaqda maraqlı olduğunu diqqətə çatdırmışdır: "Bununla bərabər, hidroenergetika, eyni zamanda, bərpaolunan digər enerji növləri üzrə birgə araşdırmalar aparılacaq. Əminəm ki, bu istiqamətdə ciddi addımların atılması mümkün olacaq. Azərbaycan xarici ölkələrə milyardlarla dollar həcmində sərmayə qoyubdur əlbəttə ki, Bosniya Herseqovina ilə bu sahədə əməkdaşlıq bizim üçün çox maraqlıdır".

Səfər çərçivəsində enerji infrastruktur sahəsində əməkdaşlıq barədə razılığa gəlinmiş, Cənub Qaz Dəhlizinin Bosniya Herseqovinanın sərhədlərinin yanından keçdiyindən Azərbaycanın təbii qazının Balkan regionu Bosniya Herseqovinanın qonşu ölkələrinə ixrac edildiyindən iki ölkə arasında təbii qaz sahəsində əməkdaşlığın mümkünlüyü qeyd olunmuşdur. Nəqliyyat sahəsində əməkdaşlığın bütün istiqamətlərinin araşdırılmasının vacibliyi Cənubi Qafqaz Balkan regionları arasında nəqliyyat bağlantısının bölgədə yaşayan xalqlar üçün faydalı olacağı vurğulanmışdır. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Bosniya Herseqovinaya rəsmi səfəri Cənubi Qafqazla Balkanları birləşdirmək baxımından böyük əhəmiyyətə malikdir.

Mehparə ƏLİYEVA,

"Respublika".