Çex Respublikasında Azərbaycan diasporunun sədri Eldar Vəliyevdən
Məktublar

Çex Respublikasında Azərbaycan diasporunun sədri Eldar Vəliyevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli Prezident, cənab Ali Baş Komandan,

Sizi 60 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirik. Ölkəmizə rəhbərlik etdiyiniz bu illər ərzində Siz böyük nailiyyətlərə imza atmısınız. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər isə Sizin böyük istedad və bacarığınızı, o cümlədən yüksək sərkərdəlik məharətinizi göstərdi. Doğma torpaqlarımızın işğaldan azad olunması Sizin adınızla bağlıdır.

Biz, Çex Respublikasında yaşayan Azərbaycan icması Avropanın digər ölkələrində olduğu kimi, neçə illərdir ölkəmizə düşmən qüvvələrlə informasiya savaşı aparırıq. Hətta Çexiya parlamenti Xocalı soyqırımını rəsmən tanısa da, qəlbi sınıqlıq sindromu bizi çox üzürdü. İndi isə Sizin rəhbərliyinizlə müzəffər ordumuzun qazandığı Qələbə bizi qürurlandırır, daha inamlı fəaliyyətə ruhlandırır.

Möhtərəm Prezident, Sizi doğum gününüz, dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Yeni il münasibətilə Çexiyada yaşayan bütün azərbaycanlılar adından təbrik edirik. Sizə və ailənizə cansağlığı, uzun ömür və xoşbəxtlik arzulayırıq.

Hörmətlə, 

Eldar Vəliyev

Çex Respublikasında Azərbaycan diasporunun sədri