Ceyhun Bayramov: Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün bəzi prinsiplərin çərçivəsini təqdim etmişik
MÜSAHİBƏLƏR

Ceyhun Bayramov: Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün bəzi prinsiplərin çərçivəsini təqdim etmişik

Azərbaycan nümayəndə heyəti Antalya Diplomatiya Forumunda fəal iştirak edib. Forum ikinci dəfə keçirilməsinə baxmayaraq, beynəlxalq münasibətlər baxımından böyük uğur qazanıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunun yekunları ilə bağlı mediaya açıqlamasında söyləyib.

Azərbaycan nümayəndələrinin Forum çərçivəsində keçirilən panel və dəyirmi masalardakı çıxışlarını, keçirilən ikitərəfli görüşləri yüksək dəyərləndirən nazir Ceyhun Bayramov 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğalı faktına son qoyulduğunu, bundan sonra bölgədə baş verən proseslərin inkişaf məcrasını xatırladaraq deyib: "Ermənistan-Azərbaycan dövlətlərarası münasibətlərinin normallaşması üçün bəzi prinsiplərin çərçivəsini təqdim etmişik".

AZƏRTAC