COVID pandemiyasına qarşı mübarizədə Azərbaycan və İtaliya bir-birinə tərəfdaşlar kimi yardımlar etdilər
Digər xəbərlər

COVID pandemiyasına qarşı mübarizədə Azərbaycan və İtaliya bir-birinə tərəfdaşlar kimi yardımlar etdilər

COVID pandemiyasına qarşı mübarizədə Azərbaycan və İtaliya bir-birinə əsl dost və tərəfdaşlar kimi müxtəlif layihələr vasitəsilə yardımlar etdilər, bir-birini dəstəklədilər.

AZƏRTAC xəbər verir ki, bunu İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio ilə görüşdən sonra keçirilən brifinqdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir qeyd edib ki, pandemiyanın ilk mərhələsində Azərbaycan dövləti tərəfindən İtaliyanın bir sıra klinikalarına dəstək göstərilib. Sonrakı mərhələlərdə - pandemiyanın Azərbaycana təsiri artdıqda isə İtaliyadan mütəxəssislər, həkimlər ölkəmizə gələrək xəstəliyə tutulmuş insanlara yardım ediblər.

AZƏRTAC