Dahi Azərbaycan şairi Nizami Gəncəvinin milli mənsubiyyətinin İran tərəfindən saxtalaşdırılması yolverilməzdir
Tarix

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin milli mənsubiyyətinin İran tərəfindən saxtalaşdırılması yolverilməzdir

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyatı mənşəyi haqqında İranın daimi olaraq  təhriflərə yol verməsi, onu  "fars şairi" kimi təqdim etməsi XVII-XVIII əsrlərdən başlayaraq Rusiya İran tərəfindən Qafqazda, Azərbaycandaeləcə başqa regionlarda  türk  xalqlarına qarşı yürüdülən məkrli  siyasətin tərkib hissəsidir.

XVII-XVIII əsrlərdə Azərbaycan ərazisində baş verən mürəkkəb tarixi-ictimai  hadisələr, düşmən qüvvələr tərəfindən türklərin tarixi, mədəniyyəti dilinə qarşı aparılan siyasət, məqsədli şəkildə  əsas qaynaqların təhrif olunması türkdilli mənbələrin sıradan çıxarılması diqqəti cəlb edir. Bu dövrdə Azərbaycana aid tarixi, coğrafi, ədəbi mətnlərin tərtib nəşri zamanı  saxtalaşdırılması, materiallardan  mühüm faktların silinməsi, müstəmləkə şəraitində xarici ölkələrə çıxışımız olmadığından, Rusiya İran tərəfindən Avropa elmi ictimaiyyətinə təqdim olunan farsdilli Azərbaycan poeziyasının "fars ədəbiyyatı" adı altında  tanıdılması sair bu kimi hallar baş vermişdir

Azərbaycanın tarixinə ədəbiyyatına qarşı qərəzlər dövlətimizin müstəqilliyini, düşmən üzərində qazandığımız qələbəni  gözü götürməyən qüvvələr tərəfindən bu gün davam etdirilirİran alimləri dil faktorunu əsas gətirərək, Şərqin bütün  farsdilli şairlərini İrana bağlayır Azərbaycan şairi Nizami Gəncəvinin mənşəyinin saxtalaşdırılmasında xüsusi fəallıq göstərirlər. Onlar bir tarixi həqiqəti unudurlar ki, vaxtilə  ərəb istilasından sonra İranın ərazisində fars, pəhləvi, soqdi başqa etnik dillərdə yaranan ədəbiyyat bütövlükdə öz yerini ərəbdilli şeirə vermişdi.

Məlumdur ki, hegemon dövlətlər həmişə mərkəzləşdirilmiş imperiya yaratmaq məqsədilə vahid dil birliyi ideyasını irəli sürmüşlər. Ərəb xilafəti bu cür mərkəzləşdirilmiş dövlət vahid ərəb dili siyasəti yeritmişdir. İranşünaslıq üzrə  XX əsrin görkəmli rus alimi Y.S.Braqinski yazırdı: "İran şairləri VII-IX əsrlərdə bir müddət fars dilindən imtina etdilər, ərəb dilini ərəb poetik mədəniyyətinin çoxsaylı elementlərini (şeir ölçüsünün kvantitiv prinsiplərini, obrazlılığı) tam qəbul etdilər".

Bütün Yaxın Orta Şərq regionlarında olduğu kimi, Azərbaycanda da 300 ilə yaxın hökm sürən ərəb müstəmləkəçilik siyasəti IX əsrin sonlarından  başlayaraq zəifləməyə başladı ərəb xilafəti çökdü. Ərəb hökmranlığının süqutu türklərə yenidən bu regionlarda öz hakimiyyətlərini bərpa etməyə imkan yaratdı.  840-1032-ci illərdə Mərkəzi Asiyada hakimiyyətdə olan türk-islam dövləti Qaraxanilər, IX əsrin sonlarında Mərkəzi Asiyada paytaxtı Buxara olmaqla türk Samanilər sülaləsi (875-999), Azərbaycanda paytaxtı Marağa Ərdəbil olmaqla - türk Sacilər dövləti (879-914), Xorasan, Mavərəhnəhr Xarəzm, Əfqanıstan Şimali  Hindistanda hökmranlıq edən türk məmlük xanədanı Qəznəvilər (963-1186) sülaləsi xilafətdən qurtuluş  mərhələsində yaranaraq, Şərq-müsəlman  xalqlarının mədəni-iqtisadi həyatının yüksəlişində mühüm iz qoymuşlar.

İran IX-X əsrlərdə farsdilli şeirin yenidən dirçəldilməsinə görə türk Samanilər (Samanoğlular) dövlətinə borcludur. Samanilər dövründən başlayaraq bu dövlət mərkəzləşdirilmiş idarəçilik sistemi yaratmaq məqsədilə öz tərkibinə daxil olan etnik tərkibi zəngin olan Əfqanıstan İranın böyük bir hissəsində əsas yerli əhalinin  dəri (fars) dilində danışdığını nəzərə alaraq bu dilin rəsmi dövlət dili ədəbi dilə çevrilməsinə maneçilik törətmədilər. Burada mühüm amillərdən biri   fars dilinin əruz vəzninə, ərəb poetika qayda-qanunlarına  daha uyğun olması idi. Samanilər sarayında Rudəki Səmərqəndi onun davamçılarının yazdığı  nəfis nümunələr farsdilli şeirin şöhrətini qaldırdı. Beləliklə, IX əsrdən başlayaraq, farsdilli poeziyanın İran, Hindistan, Orta Asiya, Azərbaycan, Türkiyə başqa ərazilərdə yayılması prosesinə başlandı. Samanilər dövründə Buxara, Səmərqənd, Bəlx Mərvdə yaşayan türk əsilli alim, filosof şairlərin fars dilində mühüm əsərləri yaranmışdır. Türk əsilli müəlliflər farsca yaranan bu poeziyaya sadə üslub, xalqın müdrik düşüncə tərzini çoxsaylı türk sözləri gətirmişlər.

Amma bu o demək deyildir ki, türk şairləri öz ana dillərində şeirlər yazmırdılar. Bu sənətkarlar öz doğma türkcələrində gözəl şeirlər yazmışlar. Samanilər dövləti çevrildikdən sonra, 840-1032-ci illərdə Mərkəzi Asiyada hakimiyyətdə olan türk-islam dövləti Qaraxanilər öz milli dil ənənələrini qoruyub saxlamağa üstünlük verdilər.

XII əsrdə Nizami Gəncəvinin Şirvanşah Axsitandan "Leyli Məcnun" əsərinin fars dilində yazılması sifarişini alarkən düşdüyü vəziyyət, doğma ana dilinin sıxışdırılması haqqında söylədiyi beytlər danılmaz faktdır. Təsadüfi deyildir ki, görkəmli şərqşünas-alim Əbdürrəhman Tahircanov məsələ ətrafında tədqiqat apararkən qeyd edirdi ki, Nizami Gəncəvi ilk öncə özünün Türkcə Divanını Şirvanşah Axsitana göndərmiş onu "öz Divanının hamisi" adlandırmışdır. Odur ki, Şirvanşah Nizamiyə "Leyli Məcnun" əsərini farsca yazmağı sifariş edərkən şair türkcə şeirlərinin yayılmaması qayğısından məyus olmuşdur. Bu fakt bir həqiqətdir.

Məsələ burasındadır ki, siyasi maraqlara uyğun olaraq müəyyən bir zaman çərçivəsində ana dilimizin sıxışdırılması sonradan  düşmən qüvvələrin əlində türklərin tarixi, mədəniyyəti dilinə qarşı  yönəldilən məkrli bir siyasətə çevrilmişdir. Bizə düşmən kəsilən qüvvələr yazılmış türkcə olan əksər mətnləri sıradan çıxarmışlar.

Nizami Gəncəvi  bütün yaradıcılığı boyu özünün  türk mənşəyini  açıq-aşkar söyləmiş, öz türklüyü ilə fəxr etmişdirNizami Gəncəvinin babası  Zəki Müəyyəd-din  əslən Oğuz türklərinin  Boz ox qolundan çıxmış adlı-sanlı türk bəyzadələr nəslindən idi. O, Gəncədə   din xadimi    Səlcuqlar  sarayına yaxın bir şəxs idi   "Müəyyəd-din" - (dində Allah tərəfindən qüvvət verilən, saxlanılan) tituluna layiq görülmüşdü.

Nizami Gəncəvinin anası Azərbaycanda əsil-nəcabətli, zadəgan nəslindən  olan bir türk qızı idi. Gəncədə dünyaya göz açmışdıŞairin dayısı, yəni anasının qardaşı Xacə Ömər Gəncə sarayına yaxın, yüksək nüfuza malik bir şəxs idiO dövrdə "Xacə" titulu şah sarayının mühafizəçilərinin başçısına verilərdi. Diqqəti mənbələrdə dəqiq şəkildə öz əksini tapan bir fakta yönəltmək istəyirəm: Türk sultan saraylarının qaydalarına əsasən, səlcuqlar atabəylər üç vəzifəni - saray mühafizəçiliyini, silah-sursat anbarını   xəzinəni yalnız türklərə etibar edirdilər. Saray rəisi - Xacə vəzifəsinə  cəsurluqda sədaqətdə ad çıxarmış  türk  bəyzadələri  seçilirdi. Əlimizdə olan mənbəyə əsasən, Xacə Ömər  döyüşdə yaralanmış aldığı yaradan otuz yaşlarında vəfat etmişdir. Onun ölümünə söylənmiş bir ağıda Ömərin  cəsur türk olduğu xatırlanırElə  bu faktın özü onu təsdiq edir ki, Nizaminin anası əsil-nəcabətli  türk qızı idi.

Nizami Gəncəvi öz adını "Üveys" adlandırmışdır. "Üveys" adında - türklərin totemlə bağlı kökü tamğa işarəsi vardır. Qədim ərəblər Oğuza - "Üveys, yəni "Qurd balası" adını vermişlər. Qədim ərəb fars lüğətlərində "Üveys" qurd adıdır.

Bu faktlardan göründüyü kimi, böyük Azərbaycan şairi Nizami Gəncəvinin həm ata tərəfdən, həm ana xətti ilə milli mənsubiyyəti türkdür. Şairin öz əsərlərində verdiyi məlumatlar buna parlaq sübutdur.

Nizami Gəncəvi öz əsərlərində  Əfrasiyab, Qara xan, Qədir xan, Toğanşah, Məlikşah, Sultan Səncər, Toğrul şah, Alp Arslan, Arslan şah, Şəmsəddin Eldəniz, Məhəmməd Cahan Pəhləvan, Qızıl Arslan, Axsitan, Məlik Nüsrətəddin başqa  türk hökmdarlarının parlaq obrazlarını yaratmışdır. O, Şirvan hökmdarı Axsitanın qəhrəmanlıqlarını Turan qəhrəmanı Əfrasiyabla müqayisə edir:

Düşmən qabağında Əfrasiyabdır!  

Tənha döyüşməkdə Günəşə taydır!

Nizami Gəncəvi öz əsərlərində Şərq poeziyası ənənələrinə uyğun olaraq, qələmə aldığı  zəngin personajlar vasitəsilə  özünün yüksək ideyalarını - insanpərvərlik, mərifət, ictimai ədalət əxlaq haqqında fəlsəfi görüşlərini təbliğ etmişdirOnu da unutmaq olmaz ki, dahi şair  özünün bütün əsərlərini türk hökmdarlarına ithaf etmişdir.

Nizami öz əsərlərində söz sənəti ilə bərabər, vətəni Azərbaycana, doğma torpağı Gəncəyə, mənsub olduğu türk xalqına məhəbbətini dünyaya car çəkmişdir. Nizaminin doğma Gəncəsinə məhəbbəti təmənnasız hüdudsuzdur. Ona xəzinələr vəd edilsə belə, öz Gəncəsini heç zaman tərk etməmişdir:

Gəncə mənim  yaxamı düyünləyib,

Yoxsa  İraq xəzinələri mənim olardı.

Yaxud:

Mənim sənətim  cadunun səbrini aparıb,

Mənim sehrim mələklərin əfsununu aldadıb.

Mənim Babilim Harutu yandıran Gəncəmdir,

Mənim Zöhrəm ulduzları işıqlandıran ruhumdur.

 

Zəhra ALLAHVERDİYEVA,

 AMEA Nizami Gəncəvi adına

Ədəbiyyat İnstitutunun Nizamişünaslıq

şöbəsinin aparıcı elmi işçisi,

filologiya üzrə fəlsəfə doktoru, dosent