Dahi Nizaminin milli mənşəyini saxtalaşdırmaq cəhdi
Tarix

Dahi Nizaminin milli mənşəyini saxtalaşdırmaq cəhdi

İranın molla rejimi bütün dövrlər üçün təhlükəli fiqur olmuşdur. Təkcə öz xalqını deyil, qonşu millətləri mütiliyə, əsarətə, sürükləmək istəmişdir. yazıq ki, mollaların bəzi məqamlarda təsiretmə gücü böyük olmuşdur. Din pərdəsi altında insanların beyninə, şüuruna öz qaranlıq siyasətini yeritmək məqsədi güdmüşdür.

Müstəqil dövlət kimi öz siyasətini təbliğ edən Azərbaycan heç vaxt molla tələsinə, xurafat əsarətinə düşməmişdir. Əlbəttə ki, bu digər səbəblərdən İran hər zaman ölkəmizə qarşı qısqanc yanaşmışdır. İkinci Qarabağ müharibəsində qələbə qazandıqdan sonra erməni sevgisinə kor olan bu dövlət Azərbaycanın İsraillə olan dost, qardaş münasibətinə başqa don geyindirməyə çalışdı. Bu da bəs etmədi, İran Qarabağ vasitəsilə Ermənistana silah, sursat dolu maşınların keçməsini təşkil etdi. Azərbaycan buna qarşı çıxıb, etiraz etdikdə bu dövlət yenə bizə hədyanlar, qaralar yaxmağa başladı. Can, qan qardaşlarımız Türkiyə ilə olan münasibətlərimizi gözü götürməyən molla rejimi yenə xəbis niyyətindən əl çəkmədi. İçini didən, xain, çirkin xislətini ortaya qoydu. Azərbaycan Türkiyə hərbçilərinin hərbi təlimlər keçirməsini ölkəmizin hər gün güclənən hərbi, iqtisadi gücünü həzm edə bilmədi. Guya, öz hərbi gücünü bizə göstərirmiş kimi, Azərbaycan-İran sərhədində, Araz çayı boyunca təlimlərə başladı. Əslində, bu kimi manevr çıxışlar İran kimi böyük dövlətin cılız siyasətinin nəticəsidir.

Martın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Dünya bu gün: Çağırışlar ümidlər" mövzusunda X Qlobal Bakı Forumu keçirilib. Forumda çıxış edən dövlət başçısı deyib: "Eyni zamanda mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin adını daşıdığı dahi Azərbaycan şairi Nizami Gəncəvinin xatirəsinə irsinə olan dərin hörmətlə bağlı təşəkkürümü bildirmək istəyirəm. Nizami Gəncəvi Azərbaycanın qədim şəhərlərindən olan özünün doğma Gəncə şəhərində dünyaya göz açıb, yaşayıb, orada vəfat edib dəfn olunub. Onun müdrikliyi istedadı Azərbaycan xalqının istedadını müdrikliyini təcəssüm etdirir". Dövlət başçısının bu çıxışı deyəsən, yenə mollaların işinə yaramayıb.

Əvvəla, İranda Gəncə adlı yerin, məkanın yaxud da şəhərin olmadığı hamıya aydındır. Düzdür, Nizami Gəncəvi şeirlərinin bir hissəsini fars dilində yazıb. Ancaq bu o demək deyil ki, Nizami farsdır. Nizami Gəncəvi Azərbaycanda yaşayıb, Azərbaycan şairidir. Onun Gəncədəki qəbri bu faktı təsdiq edən möhürdür. Tarix, zaman dəyişə bilər, amma tarixin sübutu olan faktlar dəyişə bilməz. İranın Nizamini sahiblənmək həvəsi əslində, şairə olan məhəbbəti deyil. Bu, molla rejiminin ölkəmizə qarşı olan qısqanc məkrli məqsədinin nəticəsidir. Əgər İran şeiriyyət aşiqidirsə, o zaman zəhmət çəkib Nizami şeirlərini oxusun. Şairin şeirlərinin süjet xətti, vəsf mənbəyi Azərbaycandır. Nizami fars şairi olsaydı, Bərdə hökmdarı Nüşabəni yox, hansısa bir İran mollasını vəsf edərdi. İranın Azərbaycana qarşı təhdidləri zamanla davam etmişdir. Xüsusilə Nizami Gəncəvini farslaşdırmaq siyasəti. Böyük Nizami əsərlərini fars dilində yazsa da, türkləri türkçülüyü daim təbliğ etmişdir. Özünün "Sirlər xəzinəsi" poemasında qoca qarının dili ilə Sultan Səncərə müraciətlə yazır:

Türklərin şöhrəti tutmuş aləmi,

Sən türk deyil, bir hindlisənmiş?

Tarix sübut etdi ki, mollalar Türkün dünyada olan şöhrətini qəbullana bilməmişlər. keçmişdə, indi. Azərbaycanın böyük şairi Nizami Gəncəvi bunu hiss edərək, "Dağ kimi ucalmışdı bir zaman Türk dövləti" deyirdi. Şair "Xosrov Şirin" poemasında isə bütün şübhələri məhv edərək yazır ki:

Türklüyüm bu Həbəşdə heç getmir,

Dadlı dovğaya xalq meyil etmir.

Bundan tutarlı sübut, dəlil ola bilməz. Nizami Gəncəvi Türkoğlu Türkdür Türk olmağı ilə fəxr etmişdir. Hətta dünyalar qədər sevdiyi xanımı Afaqı ölümündən sonra türküm deyə adlandırır, oğlu Məhəmmədə isə türk balası deyə müraciət edirmiş.

Əslində molla rejimi şeiri yox, mərsiyə oxumağı daha çox sevir. Bu da onun təbliğat kursunun səviyyəsidir. Çünki onlar dünyada sülhə, barışığa deyil, vay-şivənə, ağlaşmaya meyillidirlər. Yaxın günlərdə daha da "həvəslənən" mollalar, yəni İranın hərbi təyyarəsi dövlət sərhədimizin 3-5 km məsafəsində, bəzi hallarda isə dövlət sərhədinin tam üstü ilə Zəngilan rayonu istiqamətindən Biləsuvar rayonu istiqamətinə geriyə doğru uçuş həyata keçirib. Martın 11- İran İslam Respublikasına məxsus hərbi təyyarənin dövlət sərhədinə bu qədər yaxınlaşması iki ölkə arasında münasibətləri daha da gərginləşdirir. Üstəlik işğaldan azad edilmiş Azərbaycan ərazilərinin yaxınlığında hərbi təyyarənin uçuşu Azərbaycana qarşı təxribat olmaqla yanaşı, həm sülhə təhdiddir.

 Ramidə YAQUBQIZI,

 "Respublika".