“Dahiliyin Heydər Əliyev zirvəsi
Region

“Dahiliyin Heydər Əliyev zirvəsi" rəsm sərgisi

Qəbələ Dövlət Rəsm Qalereyasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi çərçivəsində "Dahiliyin Heydər Əliyev zirvəsi" adlı rəsm sərgisi təşkil olunub.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmiş və ümummilli liderin həyat və fəaliyyətinə həsr olunmuş rəsm sərgisi ilə tanış olmuşlar. Sərgidə gənc rəssamların ulu öndərə həsr olunmuş rəsm əsərləri haqqında ətraflı məlumat verən Qəbələ Dövlət Rəsm Qalereyasının direktoru Təzəgül Nəsmiyeva ümummilli liderin bütün fəaliyyəti dövründə rəssamlara göstərdiyi diqqət və qayğının bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmiş və ulu öndərin hər zaman qəlblərdə yaşayacağını qeyd etmişdir.

"Respublika".