Daim artan nüfuz
Digər xəbərlər

Daim artan nüfuz

Son illərdə Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında əlaqələr əməkdaşlıq getdikcə güclənir. Ötən il TDT-nin Səmərqənddə baş tutmuş Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev türk dövlətlərinin bir-birinin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək həmrəylik göstərməli olduqlarını vurğulayıb. Dövlətimizin başçısı həmin Zirvə görüşündə bu barədə deyib: "Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq. 2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayaraq təşkilatımız böyük inkişaf yolu keçmişdir".

Martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilmişdir. Məlumdur ki, bu görüşün  Şuşada keçirilməsi nəzərdə tutulmuşdu. Lakin Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Prezident İlham Əliyev qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış edib. Digər iştirakçı ölkələrin rəhbərliyi ilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olunub. Bu, bir daha Azərbaycan-Türkiyə qardaşlığının, Türk dünyasında qarşılıqlı dəstəyin hörmətin bariz nümunəsidir.

Bütün bu münasibətlərin, əlaqələrin qurulmasında, inkişafında, Türk birliyinin yaradılmasında Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın xidmətlərinin danılmaz olduğunu qeyd edən cənab İham Əliyev onun bundan sonra da uzun illər ölkələrimiz arasındakı qardaşlıq əsasında qurulmuş əlaqələrin daha da möhkəmləndirilməsinə böyük töhfələr verəcəyini bildirmiş, 2022-ci ildə Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilmiş Zirvə görüşündə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsini onun Türk dünyasının gücləndirilməsində böyük xidmətlərinin sübutu kimi dəyərləndirmişdir

Bu gün dünyaya haray salan erməni toplumu ancaq öz hüquqlarından danışmağı sevir. Lakin  doğma yurd-yuvalarından  didərgin saldıqları, qaçqına çevirdikləri yüz minlərlə Azərbaycan türkünün pozulmuş hüquqlarından onlar danışır, ermənilərin havadarları. Məhz buna görə Qərbi Azərbaycanda etnik təmizləməyə məruz qalan həmvətənlərimiz indi Qərbi Azərbaycan İcmasında birləşiblər. Onlar tarixi torpaqlara sülh yolu ilə qayıdışı qarşılarına məqsəd qoyublar. Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasına əsasən, indiki Ermənistan ərazisindən zorla deportasiya olunmuş azərbaycanlıların öz yurdlarına qayıdışı üçün müvafiq verifikasiya zəmanət mexanizmi hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşma əldə edilməlidir. Ölkə başçısı bu məsələnin aktual olduğunu, qarşılıqlı prinsipinə əsaslandığını qeyd edərək demişdir: "Biz Azərbaycan dövləti olaraq Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq təhlükəsizliyini təmin edəcəyimiz kimi, Ermənistan da qarşılılıq prinsipi əsasında Qərbi azərbaycanlıların hüquq təhlükəsizliyini təmin etməlidir".

Göründüyü kimi, Zirvə toplantısında Türkiyə Cümhuriyyətinə qardaşlıq  yardımı, Türk Dövlətləri Təşkilatının daha da güclənməsi üçün mücadilə yolları əsas müzakirə mövzusu olmuş, bu toplantıda Prezident İlham Əliyev dövlətimizin mövqeyini, qardaş xalqlara münasibətimizi bir daha bəyan etmişdir. Zirvə görüşündə aparılan müzakirələr, qəbul olunan qərarlar, eləcə Ankara Bəyannaməsi mülki müdafiə mexanizminin qurulmasına dair Protokolun imzalanması türkdilli ölkələr arasında əməkdaşlığı genişləndirəcək, həmrəyliyi möhkəmləndirəcək bu da TDT-nin daha güclü nüfuzlu təşkilata çevrilməsinə şərait yaradacaq.                       

Natiq QULUZADƏ,

YAP Zəngilan rayon təşkilatının sədri.