Daşkənddə Azərbaycan-Özbəkistan Dostluq Muzeyinin açılışı olub
Digər xəbərlər

Daşkənddə Azərbaycan-Özbəkistan Dostluq Muzeyinin açılışı olub

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan-Özbəkistan Dostluq Muzeyinin açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Mədəniyyət Mərkəzinin önündə Ümummilli Liderin büstünün önünə gül dəstələri qoyublar.

Muzeyin açılış lenti kəsildikdən sonra qonaqlar muzeyin müxtəlif bölümləri, eksponatları ilə tanış olublar.

Mərasimi giriş sözü ilə açan Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov muzey haqqında geniş məlumat verib, xalqlarımız, dövlətlərimiz arasında tarixi dostluq qardaşlıq əlaqələri barədə danışıb. O, Özbəkistanla əlaqələrin daim Azərbaycan üçün mühüm əhəmiyyət daşıdığını, dövlət başçılarımızın görüşləri, günü-gündən inkişaf edən əməkdaşlığımızın strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini bildirib.

 Samir Abbasov Azərbaycan Mədəniyyət Mərkəzinin uzun illər ərzində hazırladığı Azərbaycan-Özbəkistan Dostluq Muzeyində işlərin bu günlərdə başa çatdığını, muzeydə Azərbaycan Özbəkistanın tarixi dostluğu, ümumi dəyərlərimiz, dövlət rəmzlərimiz, xəritələr, milli mədəni irsimiz, xalqlarımızın yaxınlığını əks etdirən guşələr eksponatlar, maketlər, maraqlı nəşrlərin yer aldığını bildirib. O, Ulu Öndər Heydər Əliyevin ölkələrimiz arasında münasibətlərin, dostluq əməkdaşlığın qurulmasında misilsiz xidmətləri olduğunu qeyd edərək, məhz bu səbəbdən muzeyin açılışının Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr edildiyini vurğulayıb.

Tədbirdə çıxış edən Özbəkistan Ali Məclisinin deputatı Gülbahor Səidqəniyeva ulu əcdadlarımızdan bizə miras qalan Azərbaycan özbək xalqları arasında tarixi dostluğun - Nizami Gəncəvi ilə Əlişir Nəvai, Məhəmməd Füzuli kimi tarixi şəxslərin timsalında qədim köklərə sahib olmuş, Ümummilli Lider Heydər Əliyev Özbəkistan lideri Şərəf Rəşidov arasında davam etmiş, bu gün isə Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin uğurlu siyasəti nəticəsində bu münasibətlərin tarixdə öz intibah dövrünü yaşadığını söyləyib.

Özbəkistan Respublikası Nazirlər Kabineti yanında Beynəlxalq Münasibətlər Xarici ölkələrlə dostluq əlaqələri Komitəsinin sədr müavini Azamat Toşov dövlətlərimizin çoxmillətli çoxmədəniyyətli ölkə olduğunu qeyd edərək, ölkələrimizdə müxtəlif millətlərin qarşılıqlı hörmət, dinc, mehribanlıq tolerantlıq prinsipi ilə yaşamasını fəxrlə bildirib. O, mədəni əlaqələrimiz haqqında danışaraq, bu işdə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin xüsusi rolunu qeyd edib. Azamat Toşov muzeydə Özbəkistanda tanınmış azərbaycanlıların büstlərinin qoyulması, onlara dair xüsusi bölümün yaradılmasını təqdirəlayiq hal kimi dəyərləndirib.

Sonra çıxış edən Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin rektoru Gülçöhrə Rixsiyeva, Özbəkistan Jurnalistika Kütləvi Kommunikasiyalar Universitetinin rektoru, Beynəlxalq Mətbuat Mərkəzinin rəhbəri Şerzodxan Qudratxoca açılan Dostluq Muzeyinin iki qardaş xalq arasında qədim dövrdən başlayan mədəni-ədəbi əlaqələrin, dostluq münasibətlərinin, çoxsaylı ortaq dəyərlərimizin, adət-ənənələrimizin əyani vəsaitlərlə, unikal eksponatlarla guşələrlə nümayiş etdirildiyini bildiriblər. Onlar muzeydə iki xalqın ortaq dəyərlərini - dilimizi, dinimizi, adət ənənələrimizi, habelə qədim dövrlə müasir dövrün eyni məkanda canlandırıldığını qeyd edərək belə bir muzeyin, böyük tarixi şəxsiyyət olan Heydər Əliyevin yubileyi münasibətilə açılmasının da hər iki xalq üçün tarixi hadisə olduğunu vurğulayıblar.

Özbəkistan Dövlət Tarix Muzeyinin direktoru Cənnət İsmayılova yüksək muzeyşünaslıq zövqü yaradıcılıq şövqü ilə qurulmuş bu muzeyin bir model olaraq gələcəkdə yeni muzeylərin yaradılmasında tətbiq edilməsinin çox faydalı olacağını qeyd edib. O, bu Dostluq Muzeyi vasitəsilə iki xalq, dövlət arasında tarixi dostluğu, qohumluğu, əməkdaşlığı geniş tərənnüm edən unikal bir ocaq yaradıldığını bildirib nümayiş etdirilən eksponatların düşünülmüş məntiqli təşkil edildiyini, ziyarətçiyə təsir edən uğurlu bir təqdimat növünün seçildiyini söyləyib.

Dostluq Muzeyində dövlət başçılarımız İlham Əliyevin Şavkat Mirziyoyevin görüşləri, onların ölkələrimiz arasında tarixi dostluq qardaşlıq, xalqlarımızın yaxınlığı ilə bağlı fikir şüarları, 2020-ci ildə Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuzun Vətən torpaqlarımızı erməni işğalçılarından azad edilməsinə dair fotostendlər yerləşdirilib.

Muzeyin mərkəzi hissəsində Azərbaycan özbək xalqlarını birləşdirən dəyərlərə dair Azərbaycan rəssamları tərəfindən çəkilmiş unikal rəsm, habelə xalqlarımızın yaxınlığını göstərən ortaq dəyərimiz olan dilimiz, dinimiz, milli bayramımız olan Novruz, muğam makom sənəti, aşıq baxşıçılıq sənəti, hər iki ölkədə keçirilən beynəlxalq musiqi festivallarına dair stendlər, guşələr, maketlər, geyimlər, milli musiqi alətlərimiz çox sayda eksponat sərgilənir.

Muzeyin "Özbəkistanda tanınmış azərbaycanlılar" adlı bölməsində qardaş Özbəkistanın ictimai, mədəni həyatında fəal iştirak etmiş Seyid Rza Əlizadə, şairlər Məqsud Şeyxzadə, İxtiyar Rza, dövlət xadimi Aydın Əzimbəyov, heykəltaraş Eynulla Əliyev, rəssam Yusif Hüseynovun büstləri, onların əsərləri şəxsi əşyaları təqdim olunur.

Mərasimdə qeyd olunub ki, Azərbaycan-Özbəkistan Dostluq Muzeyinin açılması cəmiyyətimizə gənc nəsillərə tarixi dostluğumuzu əməkdaşlığımızı nümayiş etdirmək, xalqlarımızın yaxınlığı, ümumi mədəni dəyərlərimizi geniş təbliğ etmək üçün yaxşı imkanlar yaradacaq