DAŞKƏSƏN: “HEYDƏR ƏLİYEV İLİ” ÇƏRÇİVƏSİNDƏ AĞACƏKMƏ AKSİYASI
Region

DAŞKƏSƏN: “HEYDƏR ƏLİYEV İLİ” ÇƏRÇİVƏSİNDƏ AĞACƏKMƏ AKSİYASI

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə ölkəmizdə ekoloji sabitliyin qorunması və ətraf mühitin mühafizəsi məsələlərinə xüsusi diqqətlə yanaşmış, paytaxt Bakı şəhərində və regionlarda yaşıllaşdırma işlərinə, yeni yaşıllıq sahələrinin yaradılmasına xüsusi əhəmiyyət vermişdir. Ulu öndərin bu mütərəqqi yanaşması, ekologiyaya olan diqqət və qayğı bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Daşkəsən Rayon Məhkəməsinin təşkilatçılığı əsasında şəhərdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

Aksiyada Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, rayon məhkəməsinin sədri vəzifəsini icra edən Mustafa Mustafayev, rayon prokuroru Şahin İmanov, Polis Şöbəsinin rəisi Seymur Əfəndiyev, rayon icra hakimiyyətinin əməkdaşları, məhkəmə işçiləri və fəallar iştirak ediblər. Aksiya çərçivəsində Daşkəsən şəhərinin girişində rayonun iqliminə uyğun çoxsaylı cökə ağacları əkilərək suvarılıb. Ağaclara mütəmadi olaraq qulluq göstəriləcəkdir.

Zabit XƏLİLOV,

“Respublika”.