DAŞKƏSƏNDƏ SAHİBKARLIĞIN GÜZƏŞTLİ KREDİTLƏŞDİRİLMƏSİ MÖVZUSUNDA TƏDBİR
Region

DAŞKƏSƏNDƏ SAHİBKARLIĞIN GÜZƏŞTLİ KREDİTLƏŞDİRİLMƏSİ MÖVZUSUNDA TƏDBİR

Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə  İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu (SİF) Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə Daşkəsən rayonunda fəaliyyət göstərən sahibkarlara dövlətin güzəştli maliyyə dəstəyinin verilməsi mexanizminin izah edilməsi, rayonda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkarlarla müvəkkil kredit təşkilatları arasında qarşılıqlı inamın artırılması məqsədilə “Sahibkarlığın güzəştli kreditləşdirilməsi”nə dair işgüzar görüş keçirib. Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısı Əhəd Abıyev, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişaf Fondunun idarə heyəti sədrinin müşaviri Namiq Zeynalov, Fondun məsul işçisi Qəzənfər Səfərxanlı,  KOBİA-nın Gəncə-Qazax iqtisadi rayonu üzrə koordinatoru Anar Əliyev, müvəkkil kredit təşkilatlarının nümayəndələri, rayondan olan sahibkarlar və aidiyyəti üzrə müxtəlif qurumların rəhbərləri iştirak ediblər.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi yad edilib.  Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev görüşdə qeyd edib ki, rayonda da sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılmışdır. Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən rayona özəl investisiyaların cəlb olunması sahəsində mütəmadi olaraq işlər aparılır.

Tədbirdə Daşkəsən rayonunun iqtisadi potensialının müxtəlif aspektləri geniş təhlil edilib, bukletlər paylanıb.  

Zabit XƏLİLOV,

“Respublika”.