David Merkel: Avrasiyanın gələcək geosiyasətindən danışmaq üçün ən gözəl məkan Azərbaycandır
MÜSAHİBƏLƏR

David Merkel: Avrasiyanın gələcək geosiyasətindən danışmaq üçün ən gözəl məkan Azərbaycandır

Avrasiyanın gələcək geosiyasətindən danışmaq üçün ən gözəl məkan məhz Azərbaycandır.

Bunu AZƏRTAC-a açıqlamasında ABŞ Dövlət Departamentinin Avropa Avrasiya məsələləri üzrə katibinin köməkçisinin keçmiş müavini David Merkel deyib.

O qeyd edib ki, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin qeyd olunması üçün yer baxımından da Şuşa şəhəri ən gözəl məkandır. "Dərin strateji baxışa malik iki Prezidentinizin olması azərbaycanlıları çox şanslı edir. Hər iki Prezident bu gün Azərbaycanın firavan təhlükəsiz olmasına imkan yaradıb. Şuşanın işğaldan azad edilməsindən sonra biz indi daha geniş regional imkanlardan, Avrasiyanı bir araya gətirmək üçün Azərbaycanın tranzit imkanlarından danışırıq", - deyə o əlavə edib.