Daxili İşlər Nazirliyinin saytında vətəndaş müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi məqsədilə yeni xidmət yaradılıb
Digər xəbərlər

Daxili İşlər Nazirliyinin saytında vətəndaş müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi məqsədilə yeni xidmət yaradılıb

Daxili İşlər Nazirliyi (DİN) tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi və əlçatanlığın təmin edilməsi məqsədilə DİN-in rəsmi internet saytında (mia.gov.az) "Müraciətin statusunu yoxla" xidməti əlavə olunub.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yeni yaradılan xidmət bu sahədə aparılan işlərin daha çevik, şəffaf və keyfiyyətli təşkili ilə yanaşı, müraciətin vətəndaş tərəfindən addım-addım izlənilməsi və cavab alınması proseslərini asanlaşdıran üstünlüklərə malikdir.

"Müraciətin statusunu yoxla" bölməsindən DİN-ə göndərilən müraciətlərin statusuna nəzarət və onun icra vəziyyəti barədə informasiya əldə etmək mümkün olacaq. Bunun üçün DİN-ə onlayn müraciət etmiş şəxs nazirliyin rəsmi saytına (https://mia.gov.az/az/menu/30153/) daxil olmaqla, qeyd edilən elektron xidməti seçərək açılan pəncərəyə müraciətin qeydiyyata alınması nömrəsini daxil etməlidir. Bu barədə telefona gələn təsdiq kodunu əlavə etdikdən sonra müraciətin icra vəziyyəti barədə informasiya ona təqdim olunacaq.

AZƏRTAC