Dekabrın 5-də Azərbaycanda koronavirus əleyhinə vaksin vurulmayıb
Səhiyyə

Dekabrın 5-də Azərbaycanda koronavirus əleyhinə vaksin vurulmayıb

Dekabrın 5-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksin vurulmayıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 924 min 89, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 393 min 329, ikinci mərhələ üzrə 4 milyon 874 min 481, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 392 min 224, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 264 min 55-dir.

AZƏRTAC