Dəmir iradənin, qəhrəmanlığın  Zəfəri
Siyasət

Dəmir iradənin, qəhrəmanlığın  Zəfəri

Rəşadətli və qalib Azərbaycan ordusu haqqında danışanda, fəxr və qürur hissi keçiririk. Fəxr edirik ki, dünyanın 50 ən güclü ordularından biri də Odlar yurdunun qürur duyduğumuz şanlı silahlı qüvvələridir. Bu müzəffər, mükəmməl, peşəkar ordu Qalib Ali Baş Komandan İlham Əliyevin ordusudur. Qəhrəman ordumuz 30 ilə yaxın Ermənistanın işğalı altında qalan əzəli torpaqlarımızı murdar düşmənin tapdağından azad edib, ən keçilməz sədləri aşaraq işğalçıların  ordusuna sarsıdıcı zərbələr endirib. Vətən müharibəsində qazandığımız şanlı qələbədən bir il keçməsinə baxmayaraq sevinc hissləri hələ də çöhrələrdən silinməyib.

Bu tarixi zəfər xalqımızın şərəfini və qürurunu özünə qaytardı, düşmənin işğalı altında inildəyən torpaqlarımız indi azad nəfəs alır. Azərbaycan xalqının tarixinə şəhid qanıyla yazılan 27 sentyabr 2020-ci il həm də bizi qələbəyə aparan yolun başlanğıcı oldu. Ermənistan ordusunu darmadağın edən Azərbaycan Silahlı Qüvvələri ötən il 8 noyabrda  tarixi qələbə qazandı. Həm də beynəlxalq təşkilatların, o cümlədən BMT-nin 27 il kağız üzərində qalan qətnamələrini yerinə yetirdi, haqqı və ədaləti bərpa etdi.

Bu gün güclü Azərbaycan Ordusu istənilən döyüş tapşırığını, hücum əməliyyatını yerinə yetirməyə qadirdir, şəxsi heyətin döyüş ruhu çox yüksəkdir. Ordumuz ən müasir silah və sursatlarla, zirehli texnikalarla, zenit-raket qurğuları, hərbi hava qüvvələri və ən müasir hərbi texnikalarla  təchiz olunub. Bütün bunlar Azərbaycan Prezidenti, Qalib Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.Yaxın tariximizə nəzər salanda aydın olur ki, düşmən üzərində qazanılan qələbənin təməli 1994-cü il Horadiz əməliyyatı ilə, sonra 2016-cı ilin dörd günlük Aprel Zəfəri,  2018-ci il Günnüt qələbəsi ilə qoyulub. Nəhayət, 2020-ci ilin payızındakı 44 günlük Vətən müharibəsində əldə olunan şanlı qələbə son iki yüz illik münaqişəyə bir dəfəlik son qoydu.

Düşmən Ermənistan və onun havadarları uzun illər boyu  xalqımızın ruhunu, ümidini, birliyini, torpaq uğrunda mübarizəsini  işğal edə bilmədi. Azərbaycanın igid oğulları, xüsusi təyinatlı qüvvələrimiz Cəbrayıl rayonunun Soltanlı kəndində möhkəmlənmiş erməni ordusu ilə bir həftə gecə-gündüz döyüşdü, az bir qüvvə ilə həmin istehkamları darmadağın etdi, heç kimin ağlına gəlməyən istiqamətdən sıldırım qayalara dırmaşaraq Şuşa şəhərinə daxil oldular.

Prezident İlham Əliyevin  həmişə xalqa müraciətində qeyd etdiyi kimi,  Azərbaycan heç vaxt öz əzəli torpağında ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verməyəcək, Dağlıq Qarabağ heç vaxt müstəqil olmayacaqdır. Ən əsası isə Prezidentin bu qətiyyətli mövqeyi bu gün xalqımıza qələbə sevinci yaşadır. Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın qəhrəman oğullarının fədakarlığı sayəsində Vətən müharibəsi şanlı qələbə ilə başa çatdı, düşmən Ermənistan qeyd-şərtsiz kapitulyasiya aktına imza atdı, rüsvayçılıqla məğlub olduğunu etiraf etdi.

Heç şübhəsiz ki, bu şanlı qələbə Azərbaycan tarixində əbədi qalacaq. Qalib Ali Baş Komandan həm döyüş meydanında, həm də danışıqlar masası arxasında  öz dəmir iradəsi və qətiyyəti ilə bu tarixi qələbəyə nail olub. Prezident İlham Əliyevin fədakarlığı, sərkərdəlik qabiliyyəti, cəsarəti və dəmir yumruğu Ermənistan ordusunu diz çökdürdü, uzun illər boyu dünyada formalaşan erməni mifini darmadağın etdi, əlləri dirsəklərinə qədər xalqımızın qanına batan, körpə qatilləri Robert Köçəryanı, Serj Sarkisyanı Qarabağdan qaçmağa vadar etdi.

Əsgər və zabitlərimiz Qalib Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın Qələbə və Zəfər tarixini yazdı. Qəhrəman hərbçilərimiz dünyanın gözü qarşısında çox qısa müddətdə yeni dövrün müharibəsini qələbə ilə başa çatdırdılar. Qürur hissi ilə deyə bilərik ki, 44 günün hər anı Qələbə və Zəfər günü kimi yaddaşlara həkk olunub. Çox təəssüf ki, azad edilmiş torpaqlarda biz erməni vəhşiliyinin, azərbaycanlılara qarşı nifrətin, misli görülməmiş vandallığın, barbarlığın şahidi olduq.

Şübhəsiz ki, bizim Zəfərimiz, bizim Qələbəmiz tükənməzdir, əbədidir. “Dəmir yumruq” əməliyyatı Qələbəmizin ədalətli, saf olduğunu bütün dünyaya nümayiş  etdirdi. Qırx dörd günlük müharibə bizim gücümüzü Silahlı Qüvvələrimizin rəşadətini, qəhrəmanlığını, xalqımızın birliyini göstərdi. Bir yumruq kimi birləşdik, ordumuz düşmənə sarsıdıcı zərbələr endirdi, düşməni torpağımızdan  qovdu. Qırx dörd günün hər bir günü qəhrəmanlıq dastanı, hər bir günü bizim üçün əziz və  doğmadır.

Yeri gəlmişkən qeyd edim ki, 44 gün da­vam edən və şan­lı qə­lə­bə­miz­lə ba­şa ça­tan Və­tən mü­ha­ri­bə­sin­də kol­le­ci­mi­zin 32 nə­fər mü­əl­lim, tə­lə­bə və mə­zu­nu iş­ti­rak edib. Mü­əl­lim El­çin Cə­fə­rov “Qu­bad­lı­nın azad olun­ma­sına gö­rə” me­da­lı ilə təl­tif olu­nub. Tə­lə­bə Cə­ma­ləd­din Adı­gö­zəl­za­də dö­yüş­lər­də gös­tər­di­yi şü­caə­tə gö­rə “Zən­gi­la­nın azad olun­ma­siına gö­rə”,  “Və­tən mü­ha­ri­bə­si iş­ti­rak­çı­sı”  və “Azər­bay­can Res­pub­li­ka­sı Si­lah­lı Qüv­və­lə­ri Ve­te­ra­nı” me­dal­la­rı­na la­yiq gö­rü­lüb. Tə­lə­bə­miz Tər­xan Cə­fə­rov   mü­ha­ri­bə­də gös­tər­di­yi qəh­rə­man­lı­ğa gö­rə “Qu­bad­lı­nın azad olun­ma­siına gö­rə”, “Cəb­ra­yı­lın azad olun­ma­siına gö­rə”, “Və­tən mü­ha­ri­bə­si iş­ti­rak­çı­sı” və “Cə­sur dö­yüş­çü” me­dal­la­rı ilə təl­tif  olu­nub. Kol­le­ci­mi­zə başuca­lı­ğı gə­ti­rən tə­lə­bə­lə­ri­miz­dən Za­hid Əli­za­də və Əf­sun İb­ra­hi­mov da me­dal­la­ra la­yiq gö­rü­lüb­lər. Kol­le­ci­mi­zin kol­lek­ti­vi şə­hid tələbəmiz Mu­nis Ab­bas­lı­nın və şəhid mə­zun­la­rı­mı­zın – Ülvi Həsənovun, Elnur Şirinzadənin, Ra­min Zey­na­lo­vun və Anar Yu­si­fo­vun əziz xa­ti­rə­si­ni min­nət­dar­lıq­la yad edir, on­la­rın adı­nı uca tu­tur­lar.

Ötən bir il ərzində işğaldan azad edilən ərazilərdə iri infrastruktur layihələri həyata keçirilir, ərazilər düşmənin basdırdığı minalardan təmizlənir, “Ağıllı şəhər” və “Ağıllı kənd”lərin təməli qoyulur, yeni və müasir yollar çəkilir. Bu sadaladığımız işlərin həyata keçirilməsi üçün təbii ki, külli miqdarda vəsait sərf olunur. Sevindirici fakt odur ki, Azərbaycan öz vəsaiti ilə işğaldan azad edilən bölgələrin yenidən qurulmasına başlayıb. Heç bir kredit üçün dünya banklarına müraciət olunmayıb. Qalib ölkə Azərbaycan sürətlə inkişaf edir, müstəqil siyasət yürüdür, heç yerdən iqtisadi asılılığı yoxdur.

Azərbaycan indi bölgədə sülh və sabitliyin təminatçısı, həm də qalib  ölkə  kimi  tanınır, söz sahibinə çevrilir, diplomatiyada  uğurlarını get -gedə artırır. Bu vacib  amil yalnız Azərbaycan Prezidenti İlham Əliyevin  siyasi bacarığı, səmimi münasibəti, dostluğu, qətiyyətli mövqeyi, ən əsası isə dövlətinə  və xalqına sonsuz məhəbbəti ilə ərsəyə gətirilib.

 

Natiq CAVADOV,

                Ağdam Dövlət Sosial İqtisadi Kollecin direktoru,

                     iqtisadiyyat üzrə  elmlər doktoru, professor.