Demokratiya örnəyi
Türk dünyası

Demokratiya örnəyi

Son günlər bütün dünyanın gözü Türkiyədə ikən, ölkə öz demokratik gedişi ilə elə dünyanın özünə dərs verdi. Birinci turda Prezident Rəcəb Tayyib Ərdoğan səs çoxluğu qazandı. İkinci turda da ölkə vətəndaşlarının sevgisi, etibarı, etimadı öz sözünü dedi. Rəcəb Tayyib Ərdoğan Türkiyə Cümhuriyyətinin prezidenti seçildi. Bu, təkcə Ərdoğan hakimiyyətinin deyil, 85 milyonluq bütün türk millətinin qələbəsi oldu. Ərdoğan özü çıxışında qeyd etdi ki, "qazanan sadəcə biz deyilik, qazanan Türkiyədir, qazanan demokratiyamızdır".

28 may 2023- ildə keçirilən 13- prezident seçkilərinin ikinci turunda Rəcəb Tayyib Ərdoğan seçicilərinin 52,18 faizinin səsini qazanaraq Türkiyə Cümhuriyyətinin Prezidenti seçildi. Onu da xatırlatmaq yerinə düşər ki, Ərdoğan 2014 2018-ci illərdə keçirilən prezident seçkilərində qalib gələrək Türkiyə Cümhuriyyətinin Prezidenti seçilmişdir.

Məlumdur ki, son dövrlərin təzadlı g

edişlərində dünyada çalxalanma, qeyri-sabitlik hökm sürür. Bəzi böyük dövlətlər böyük iddialar uğrunda savaşarkən, kiçik dövlətlər isə özünü təsdiq etmək, ayaqda saxlamaq üçün ya hansısa dövlətin kölgəsinə sığınır, ya da nəhəng "akulaların" yeminə çevrilirlər. Türkiyə kimi qüdrətli, qüvvətli dövlətləri dəstəkləyib, dost münasibəti göstərənlər isə az olur. Son dövrlər Türkiyəyə olan xain, düşmən münasibətlərin çox şahidi olmuşuq. Ölkəni hər vəchlə zəiflətməyə, parçalamağa cəhd edən qüvvələrin canfəşanlığı da az olmayıb. Lakin 21 illik Ərdoğan hakimiyyəti dövründə bütün bu həmlələr dəf edilib. Türkiyə artıq dünya güclərinə diktə edəcək qüdrətə potensiala malikdir. Əlbəttə ki, bir çox dünya gücləri qardaş ölkənin hazırkı siyasi gedişi ilə hesablaşır, onun siyasi manevrlərini qəbul edirlər. Onu da qeyd edək ki, Türkiyəyə qarşı təkcə xaricdən deyil, daxildən hücumlar olur. Seçki ərəfəsində belə hücumların, qərəzli mövqelərin kifayət qədər şahidi olduq. Maraqlısı odur ki, Türkiyənin fonunda ona dost, qardaş olan dövlətlərə dil uzatmağa başladılar. Şükürlər olsun ki, bütün bunlar artıq geridə, keçmişdə qaldı. Türkiyə dövləti, xalqı özü öz müqəddəratını həll etdi. Türk xalqının milli iradəsi, etimadı böyük güc sahiblərinin təzyiqlərinə təhdidlərinə qalib gəldi. Bu seçki ilə xalq ölkəsinin milli təhlükəsizliyini müstəqilliyini bir daha möhkəmləndirmiş oldu, düzgün seçimi ilə bütün Türk dünyasına onun təşəkkülünə töhfə verdi. Bu, Türk dünyasının güclənməsi istiqamətində atılan əsas addımlardan biridir. bu addımla da Türkiyə dünyada siyasi çəkisini nüfuzunu daha da artırdı.

Qardaş ölkədə keçirilən seçkilər demokratiya müstəqillik baxımından böyük ölkələrə ötürülmüş ən vacib mesajdır. Türkiyə bir daha dünyaya sübut etdi ki, demokratiya onun üçün bir dəyərdir.

Ərdoğanın bu qələbəsində onu ilk təbrik edən Azərbaycan Prezidenti İlham Əliyev oldu. Qardaş, dost sevinci öz əksini tapdı bu təbrikdə. Qarşıda hər iki dövləti qardaşlıq dostluqdan güc alan yüksək inkişaf dövrü gözləyir. Biz, qüvvələrimizi birləşdirdiyimiz kimi, sevincimizə, uğurumuza da bərabər sevinirik. Ən çətin günümüzdə birlikdə olmağı bacarırıq. 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsi zamanı qardaş Türkiyənin ölkəmizə siyasi mənəvi dəstəyi qələbəyə gedən yolda əsas gücümüz oldu. Bu il fevral ayının 6-da Türkiyədə baş verən təbii fəlakətdə ilk köməyə tələsən, öz yardım əlini uzadan da məhz Azərbaycan idi. Bu, xalqlarımızın dostluq, qardaşlıq münasibətlərində zamanın sınaqlarından şərəflə çıxmağımızın sübutdur.

Türkiyədə keçirilən prezident seçkilərinin nəticələri bütün Türk dünyası region üçün böyük əhəmiyyət kəsb edir. Təkcə türk dövlətləri deyil, eyni zamanda qonşu dövlətlər artıq yüksəlişinin zirvəsində dayanan Türkiyəni özlərinə etibarlı tərəfdaş hesab edirlər. Elə bu səbəbdən , Türkiyə ilə münasibətlərinin normallaşması istiqamətində səylər göstərən Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirmişdir: "Ümid edirik ki, Türkiyədə prezident seçkilərindən sonra İrəvan Ankara münasibətlərin normalaşması prinsipini davam etdirəcək". Seçkilərin nəticələri bilindikdən sonra, Paşinyan öz Tviter hesabında Ərdoğanı yenidən prezident seçilməsi münasibətilə təbrik etmişdir. Əlbəttə, bu, Türkiyənin həyata keçirdiyi düzgün siyasətinin nəticəsidir. Türkiyənin dünya dövlətlərinə təsiretmə gücü qüdrəti onun söz sahibi kimi nüfuzunun göstəricisidir.

Ramidə YAQUBQIZI,

"Respublika".