Demokratiyanın, milli məqsədlərin qalibiyyəti
Türk dünyası

Demokratiyanın, milli məqsədlərin qalibiyyəti

Tarixin sərt sınaqlarından, amansız hökmündən hər zaman alnıaçıq çıxaraq dünya tarixində qəhrəmanlıq salnaməsi yazan türk oğlu zamanın gərdişində dünyanın siyasət meydanından çəkilməmək üçün qətiyyətli mübarizə aparmış, millətinin azadlıq, istiqlaliyyət ruhu onu hər zaman qüdrətli yenilməz etmişdir. Soy dil birliyinə malik olan böyük türk milləti mübarizə meydanında hər zaman öz məqsədinə çatmağı bacarmış, türksoylu imperiyaların daim tərəqqiyə təkmilləşməyə doğru təkamülü onu həmin tarixin yaradıcısına çevirmişdir.

1923- ildə "Yurdda sülh, cahanda sülh" ideoloji əsasları üzərində qurulan Türkiyə Cümhuriyyəti türk dünyasının yeganə müstəqil dövləti kimi keşməkeşli tarixində ümumtürk dünyasının qurulmasında, türkdilli ölkələrin azadlıq, müstəqillik hərəkatında aparıcı qüvvə olmuş, ən çətin günlərində belə dili bir, dini bir qardaşlarının birliyinə təməl qoymuş, dünya tarixində dönüş yaratmışdır. Bu gün türk birliyi, türk həmrəyliyi dünyanın ən iri dövlətlərini sözün əsl mənasında narahat edir. Belə ki, dünya düzəninin yenidən formalaşdığı zaman kəsiyində beynəlxalq aləmdə cərəyan edən hadisələr, Azərbaycan-Türkiyə əlaqələrinin dünyaya nümunə olacaq müttəfiqlik səviyyəsinə yüksəlməsi, türkün öz millətinin rifahı naminə çıxdığı yoldan geri dönməyəcəyini bu yolda "türkün türkdən başqa dostu yoxdur" ifadəsini daha aktual edir.

Türkiyə Respublikasının qurucusu böyük Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Azərbaycan bizim qardaşımızdır. Heç nəyə baxmayaraq ona yardım etmək borcumuzdur "kəlamı, xalqımızın ulu öndəri Heydər Əliyevin "bir millət, iki dövlət" deyimi bugünkü Türkiyə-Azərbaycan münasibətlərinin siyasi xəttini əks etdirir. Bəli, Türkiyə-Azərbaycan birliyi bu gün ən yüksək inkişaf mərhələsində özünü təzahür edir. Xoş müjdəli günlərində uğurlarından qol-qanad açan, çətin günlərində çiyinlərini bir-birinə söykəyən iki qardaş ölkə işıqlı sabahlara doğru birgə addımlayır, türk dünyasının həmrəyliyində bütün səylərini birləşdirir.

Dərin tarixi, mədəni geosiyasi bağlara söykənən Azərbaycan-Türkiyə münasibətləri ortaq dəyərlər, strateji maraqlar qarşılıqlı əməkdaşlıq əsasında inkişaf edir. Əsrlər boyu mövcud olan əlaqələr zaman keçdikcə çoxşaxəli xarakter almış, müttəfiqlik səviyyəsinə yüksəlmişdir. Qarşılıqlı güvən əsasında formalaşan siyasi, iqtisadi, ticari, mədəni hərbi əməkdaşlıq bütün türk dünyasının birliyinə eyni zamanda, daha firavan, daha ədalətli bir dünyanın qurulmasına xidmət edir. Müdafiə, təhlükəsizlik, enerji, nəqliyyat infrastrukturun inkişafı ortaq maraqlar regional çağırışlarla gücləndirilmiş möhkəm strateji tərəfdaşlığın, regional sabitliyin təmin edilməsi, əməkdaşlığın genişləndirilməsi təhlükəsizlik təhdidlərinin aradan qaldırılması istiqamətində birgə fəaliyyətin nümunəsidir.

 Enerji sahəsində əməkdaşlıq Türkiyə-Azərbaycan münasibətlərində mühüm rol oynayır. Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəməri Cənub Qaz Dəhlizi kimi beynəlxalq əhəmiyyətli layihələr Azərbaycan neftinin qazının Türkiyə vasitəsilə dünya bazarlarına nəqlini asanlaşdırıb, enerji təhlükəsizliyini gücləndirib hər iki ölkə üçün iqtisadi artıma təkan verib. Bundan əlavə, Türkiyə Azərbaycan regionda ekoloji təmiz enerji mənbələrinin geniş potensialından istifadə etmək məqsədilə bu sahədə əməkdaşlıq üçün yeni yollar araşdırır. Tikinti, turizm, kənd təsərrüfatı, istehsalat, informasiya texnologiyaları s. müxtəlif sahələr iqtisadi mübadilələrə təkan verən ikitərəfli ticarət həcmini əhəmiyyətli dərəcədə artırır. İnvestisiyaların yatırılması, birgə müəssisələrin yaradılması iqtisadi artıma, texnoloji tərəqqiyə məşğulluğun təmin olunmasına töhfə verir. Təhsil sahəsində əməkdaşlıq ikitərəfli münasibətlərin əsas istiqamətidir, bilik təcrübə mübadiləsi insan kapitalının inkişafına töhfə verir, mədəni anlaşmanı gücləndirir gənclər arasında əlaqələri möhkəmləndirir. Həmçinin Azərbaycan zabitləri Türkiyənin hərbi müəssisələrində təhsil alır, türk təlimçiləri onlara xüsusi təlimlər keçir, tövsiyələr verirlər. Bu təhsil təşəbbüsləri hərbi qulluqçuların peşəkarlığını daha da artırır.

Güclü müdafiə əlaqələri ümumi təhlükəsizlik çağırışları fonunda regional təhlükəsizliyi sabitliyi təmin etmək məqsədi daşıyır. Türkiyə Azərbaycan birgə hərbi təlimlər, kəşfiyyat məlumatlarının mübadiləsi müdafiə sənayesi əməkdaşlığı ilə xarakterizə olunan möhkəm müdafiə tərəfdaşlığı nümayiş etdirirlər. Bu sahədə əməkdaşlığa, həmçinin təlim proqramları, hərbi texnologiyaların satışı birgə müdafiə layihələri daxildir. Bu əlaqələr İkinci Qarabağ müharibəsi zamanı daha da möhkəmləndi. Türkiyənin qabaqcıl PUA texnologiyası Ermənistanın müdafiəsinin zəifləməsində, Azərbaycanın hücum imkanlarının güclənməsində həlledici rol oynadı. Türkiyədən alınan müxtəlif hərbi texnika silah sistemləri Azərbaycanın müdafiə qabiliyyətini artırdı silahlı qüvvələrini müasirləşdirdi. Türkiyə ölkəmizə diplomatik hərbi yardım göstərməklə bütün dünyaya bu qardaşlığın, birliyin sarsılmazlığını nümayiş etdirdi.

İkinci Qarabağ müharibəsindən sonra da ölkələrimiz arasında hərbi əməkdaşlıq müdafiə sənayesi layihələri, birgə hərbi təlimlərin keçirilməsi ilə davam etdirilir. Bu əməkdaşlıq hər iki ölkənin müdafiə sənayesini gücləndirir özünü təmin etməyə kömək edir. Terrorla birgə mübarizə səyləri ölkələrimizi terrorizm regional qeyri-sabitlik daxil olmaqla, ortaq təhdidlərə qarşı gücləndirir. Azərbaycan Türkiyə arasında strateji tərəfdaşlıq inkişaf etdikcə Cənubi Qafqazda hər iki ölkənin mövqeyi güclənir.

Bütün bunlar bir-birinə qırılmaz tellərlə bağlı olan iki qardaş ölkənin dünya durduqca birliyinə, həmrəyliyinə hesablanmış strateji uğurlardır. Bu qardaş birliyi, qardaş güvəni bu günlərdə bir daha özünü büruzə verdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın növbəti dəfə Prezident seçilməsi Türkiyə ilə yanaşı, müstəqil Azərbaycan dövlətinin, Azərbaycan xalqının sözün əsl mənasında bayramına çevrildi. Mayın 14- keçirilən prezident 28-ci çağırış parlament seçkiləri bütün dünyaya demokratiya nümunəsi oldu. Seçkilərin birinci mərhələsində xalqın səs çoxluğu ilə son 20 il ərzində ölkəsini böyük inkişaf yoluna çıxarmış, onu dünyada güc mərkəzi, regionda söz sahibi etmiş Rəcəb Tayyib Ərdoğanın siyasi xəttini dəstəkləməsi onun öz liderinə olan etimadının, inamının nümayişi, eyni zamanda öz yoluna Prezident Rəcəb Tayyib Ərdoğanla davam etmək istəyinin göstəricisi idi.

Seçkilərin ikinci turunda demokratiya prinsipləri rəhbər tutularaq vətəndaşların sərbəst müstəqil şəkildə səsvermə hüquqlarını həyata keçirmələrinə hər cür şərait yaradıldı. Seçkiqabağı təşviqat dövründə siyasi partiyalar seçicilərdən dəstək almaq üçün qızğın debatlar, mitinqlər ictimai müzakirələr apardılar. bütün bunların fonunda demokratik, gərgin mübarizə şəraitində keçən ikinci turda xalq qətiyyətlə xarizmatik liderlik tərzi ilə ölkəsinin modernləşməsini formalaşdıran, dünya birliyində nüfuzunu artıran Ədalət İnkişaf Partiyasının (AKP) lideri Rəcəb Tayyib Ərdoğanı yenidən ölkəyə Prezident seçdi. Tam demokratik, şəffaf şəkildə keçirilən, xalqın istəyini ehtiva edən seçkiləri saxtalaşdırmaq istəyən kənar qüvvələr, yan təsirlər xalqın iradəsini qıra bilmədi. Mayın 28- türk milləti, atatürkçülər, bir sözlə, bütün türk dünyası qalib gəldi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seçicilərin 52,18 faizinin səsini qazanaraq yenidən Türkiyə prezidenti seçildi. Uğurlu siyasəti nəticəsində sabitlik, iqtisadi artım milli təhlükəsizliyin təmin olunmasında, eyni zamanda Türkiyənin suverenliyinin regional maraqlarının qorunmasında güclü mövqeyi Ərdoğanın seçicilərinin əhəmiyyətli bir hissəsinin dəstəyini almasını şərtləndirdi. Seçkilərin ikinci turu Prezident Rəcəb Tayyib Ərdoğanın parlaq qələbəsi gələcək illər üçün ölkənin siyasi mənzərəsini formalaşdırmasına zəmin yaradılması ilə nəticələndi. Bu qalibiyyət bir daha dövlətin demokratiya prinsiplərini dəstəkləməsini, ölkədə inklüziv idarəçiliyin həyata keçirilməsini sübuta yetirdi. Böyük Türkiyə xalqı Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə güclü iqtisadiyyat, möhkəm infrastruktur, yüksək hədəflər, özünəinamla gələcəyə doğru qətiyyətlə irəliləmək, 20 ildir davam edən bu uğur zəncirinə yeni halqalar əlavə etmək niyyətini qəti şəkildə bildirdi. Xalq dövlət başçısının sayəsində son illərdə əldə etdiyi gücün, qüdrətin davamını yaşamaq bu davamlılığı təkcə Türkiyənin deyil, bütün türk dünyasının da varlığında görmək istədiyini yüksək səslə, təntənə ilə bəyan etdi, soranlara-sormayanlara, duyanlara-duymayanlara Xalq-İqtidar birliyini nümayiş etdirdi.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərində əldə etdiyi qələbə münasibətilə dövlət başçılarından ilk təbrik edən Prezident İlham Əliyev olub. Cənab İlham Əliyev R.T.Ərdoğana Türkiyə xalqının firavanlığı ölkənin tərəqqisi naminə fəaliyyətində yeni-yeni uğurlar arzulayıb, ilk rəsmi səfərini Azərbaycana həyata keçirməyə dəvət edib. Dəvət minnətdarlıqla qəbul olunub.

Mehparə ƏLİYEVA,

"Respublika".