“Dəniz Tədris Kursları” MMC 20 min manat məbləğində cərimələnib
Digər xəbərlər

“Dəniz Tədris Kursları” MMC 20 min manat məbləğində cərimələnib

“Dəniz Tədris Kursları” MMC tərəfindən Azərbaycan Respublikası əmək qanunvericiliyinin tələblərinin pozularaq qanunla nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanmadan müxtəlif şəxslərin işlərin görülməsinə cəlb olunması faktına dair Zaqatala Rayon Prokurorluğunda aparılmış yoxlama nəticəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək qanunvericiliyinin pozulması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanıb.

Zaqatala Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Məhkəmənin sentyabrın 2-də qəbul etdiyi qərarla “Dəniz Tədris Kursları” MMC-yə 20 min manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq olunub.

AZƏRTAC